Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət işçiləri üçün nəzərdə tutulan kursların istiqaməti müəyyənləşib

12 Fevral 2019, 11:26 (GMT +4)

Bakı, 12 fevral,SalamNews. Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.

Mədəniyyət Nazirliyindən SalamNews-a bildirilib ki, təşkil olunacaq kursların mövzuları mədəniyyət işçilərinin bütün kateqoriyalarını əhatə edəcək. Kurslarda “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye”, “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” və bu kimi mövzulardan danışılacaq.

Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaq. Belə ki, kreativ və sənaye vərdişlərinin formalaşdırılması məqsədilədigər sahələrdə istifadə olunan metodların tətbiqi ilə yanaşı, fərqli sferalarda çalışan mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.

Kurslar mədəniyyət müəssisləri və regionlarda fəaliyyət göstərən ali təhsil ocaqları və digər ixtisaslaşmış müəssisələrdə də təşkil olunacaq. Ali məqsədi kreativ vərdiş və səriştələrin formalaşdırılması olan kurslar zamanı yoldaşlıq və yaradıcılıq mühitinin dəstəklənməsi məqsədilə mərkəz tərəfindən müxtəlif layihələrin icrası da planlaşdırılır.

Qeyd edək ki, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq. Müasir dünyada tükənməz resurs mənbəyi kimi qəbul olunan kreativ bacarıqlar, eyni zamanda, rasionallıq göstəricisidir. Bu səbəbdən mədəniyyət müəssisələrinin əməkdaşları arasında formalaşacaq kreativ keyfiyyətlər ilk növbədə səmərəli fəaliyyətin təminatı kimi çıxış edəcək və mədəniyyət müəssisələrinin sosial aktuallığının da dəstəklənməsinə yardımçı olacaq.

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

21 Yanvar 2020, 11:57 (GMT +4)
Fransada hücum hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

21 Yanvar 2020, 11:40 (GMT +4)
Husilər 116 hərbçinin ölümünə səbəb olan raket hücumunun məsuliyyətini qəbul etməyiblər

21 Yanvar 2020, 11:32 (GMT +4)
DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

21 Yanvar 2020, 11:22 (GMT +4)
Sudanda partlayış nəticəsində 7 nəfər ölüb

21 Yanvar 2020, 10:54 (GMT +4)
Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

21 Yanvar 2020, 10:53 (GMT +4)
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66