ABŞ, Çin və Rusiyanı kosmosda əsas təhlükə hesab edir12 Fevral 2019, 11:37 (GMT +4) Bakı, 12 fevral, SalamNews. Rusiya və Çinin hərbi nəailiyyətləri ABŞ-ın kosmosdakı mövqelərini təhdid edir. SalamNews "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bu barədə Pentaqon Kəşfiyyat Agentliyinin "Kosmik təhlükəsizlik problemləri" mövzusunda yeni hesabatında qeyd edilir.
Hesabatda Rusiya, Çin, İran və Şimali Koreyanın kosmik potensialı araşdırılır.
"Çin və Rusiya, əsasən ABŞ-ın kosmosda mövqeyini sıxışdırmaq üçün müxtəlif vasitələri inkişaf etdirir", hesabatda deyilir.
Sənəddə xüsusilə Çin və Rusiyanın elektron müharibə sistemləri, lazer silahı və anti-peyk raketlərinin adları qeyd edilir.
|