Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ADU-nun keçmiş dekanı ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

12 Fevral 2019, 11:43 (GMT +4)

Bakı, 12 fevral.SalamNews. Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü əsassız və böhtan xarakterli ittihamlarla bağlı bildirmək istərdik ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb.

Bu barədə SalamNews-a ADU-dan məlumat verilib.

Bildirilib ki, Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub.

Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar.

Bundan əlavə V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub.

Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib.

Həmçinin açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib.

Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.

"V. Ağabəyli əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub.

Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.

Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik", deyə ADU-dan bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunub

Çində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay məktəbi təşkil olunub

Azərbaycan Dillər Universiteti Malanq İslam Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dillər Universitetində Polşa Mərkəzinin yaradılması planlaşdırılır

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Kamal Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Azərbaycan Dillər Universiteti FUA-nın XVII Baş Assambleyasında təmsil olunub

Azərbaycan Dillər Universitetində jurnalistika kafedrası yaradılıb

Azərbaycan Dillər Universitetində SİTEM Akademiyasının açılışı olub

Azərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilib (FOTOLAR)

İordaniya Kral Akademiyasının direktoru Azərbaycan Dillər Universitetində olub

Azərbaycan Dillər Universitetində qafqazşünaslıq kafedrası yaradılıb

Azərbaycan Dillər Universitetinin prorektoru vəfat edib

Azərbaycan Dillər Universitetində çinli alimlə görüş keçirilib

Azərbaycan Dillər Universitetində kitab sərgisi açılıb

Azərbaycan Dillər Universitetində karyera günü və iş yarmarkası keçirilib

Azərbaycan Dillər Universitetində yay semestri təşkil olunub

Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Dillər Universitetində “Siqaretə yox deyirik” aksiyası keçirilib

Azərbaycan Dillər Universitetində TEC-in illik konfransı öz işinə başlayıb

26 Aprel 2019, 18:01 (GMT +4)
Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

26 Aprel 2019, 17:58 (GMT +4)
“Vüqar Həşimov” şahmat klubu təsis edilib

26 Aprel 2019, 17:52 (GMT +4)
Bakıda keçmiş məhkumdan saxta əsginaslar götürülüb

26 Aprel 2019, 17:47 (GMT +4)
Prezident İlham Əliyev: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

26 Aprel 2019, 17:41 (GMT +4)
“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26 Aprel 2019, 17:35 (GMT +4)
“Formula 1”də növbəti qəza baş verib

26 Aprel 2019, 17:34 (GMT +4)
Kreml Trampın nüvə silahlarından imtina etmək fikrini gözəl ideya adlandırıb

26 Aprel 2019, 17:28 (GMT +4)
Təhsil naziri çinli həmkarı ilə görüşüb

26 Aprel 2019, 17:22 (GMT +4)
AtaBank "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərir

26 Aprel 2019, 17:18 (GMT +4)
Elman Rüstəmov: Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı mövcuddur

26 Aprel 2019, 17:15 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

26 Aprel 2019, 17:10 (GMT +4)
Azercell-in dəstək olduğu layihə çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

26 Aprel 2019, 17:09 (GMT +4)
Suriya ilə bağlı Astana danışıqlarına İraq və Livan da dəvət edilib

26 Aprel 2019, 17:05 (GMT +4)
Apelyasiya komissiyasına qeydiyyat başa çatır

26 Aprel 2019, 17:01 (GMT +4)
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

26 Aprel 2019, 16:55 (GMT +4)
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

26 Aprel 2019, 16:49 (GMT +4)
Rusiyadan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyulub

26 Aprel 2019, 16:45 (GMT +4)
Türkiyə, Rusiya və İran ABŞ-ın Colan təpələri ilə bağlı qərarını  pisləyib

26 Aprel 2019, 16:33 (GMT +4)
Rusiya, Türkiyə və İran Suriya konstitusiya komitəsinin yaradılmasını müzakirə edəcək

26 Aprel 2019, 16:32 (GMT +4)
ARDNF-nin vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçib

26 Aprel 2019, 16:29 (GMT +4)
ABŞ qüvvələri Kərkükdə İraq polisini hədəfə alıb - Ölən və yaralananlar var (FOTO)

26 Aprel 2019, 16:21 (GMT +4)
Gəncədə piyada əleyhinə mina tapılıb

26 Aprel 2019, 16:11 (GMT +4)
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

26 Aprel 2019, 16:01 (GMT +4)
ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb

26 Aprel 2019, 15:55 (GMT +4)
İƏT Bakı Mərkəzi Kazanda İƏT gənc iş adamlarının Forumunu keçirib

26 Aprel 2019, 15:49 (GMT +4)
Neft Fondu Mərkəzi Bankın valyuta hərraclarına 1,9 milyard dollar vəsait çıxarıb

26 Aprel 2019, 15:36 (GMT +4)
Formula 1 Qran-Prisinin birinci sərbəst yürüşünun ləğv edilməsinə rəsmi aydınlıq gətirilib

26 Aprel 2019, 15:27 (GMT +4)
İranın neft naziri Səudiyyə və BƏƏ-nin ABŞ sanksiyalarına qoşulmalarına münasibət bildirib

26 Aprel 2019, 15:25 (GMT +4)
Bakıda aparılan qeyri-qanuni tikinti işləri dayandırılıb

26 Aprel 2019, 15:19 (GMT +4)
Ankaraya göstərilən təhdid və təzyiqlər nəticə verməyəcək - Türkiyə XİN

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66