Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda nümayiş olunacaq

13 Fevral 2019, 16:34 (GMT +4)

Bakı, 13 fevral, SalamNews.Fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsulları nümayiş olunacaq. Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə təşkil olunur.

Mədəniyyət Nazirliyindən SalamNews-a bildirilib ki, sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.

Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləcəklər. Burada nümayiş olunacaq bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.

 

Sərginin kiçik bir hissəsi əl işi olan milli zərgərlik məmulatlarına ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.

 

Bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir.

 

İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 12:30 (GMT +4)
Daxili İşlər Nazirliyi yenidən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

28 Oktyabr 2020, 12:28 (GMT +4)
İngiltərədə COVID-19 xəstələrinin sayı son gündə təxminən 23 min nəfər artıb

28 Oktyabr 2020, 12:15 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

28 Oktyabr 2020, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb

28 Oktyabr 2020, 11:52 (GMT +4)
ÜST son həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

28 Oktyabr 2020, 11:50 (GMT +4)
Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 11:40 (GMT +4)
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb

28 Oktyabr 2020, 11:26 (GMT +4)
MN: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28 Oktyabr 2020, 11:22 (GMT +4)
Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

28 Oktyabr 2020, 11:20 (GMT +4)
Gürcüstanda son sutkada 1.731 nəfər koronavirusa yoluxub

28 Oktyabr 2020, 11:05 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

28 Oktyabr 2020, 11:00 (GMT +4)
Məhərrəm Əliyev: Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

28 Oktyabr 2020, 10:51 (GMT +4)
ABŞ-da polis şiddətinə qarşı etirazlar davam edir

28 Oktyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər bahalaşıb

28 Oktyabr 2020, 10:30 (GMT +4)
Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

28 Oktyabr 2020, 10:22 (GMT +4)
Tramp Dağlıq Qarabağda atəşkəsin pozulmasına reaksiya verib

28 Oktyabr 2020, 10:15 (GMT +4)
Azərbaycan və Türkiyənin XİN başçıları cəhbədəki son vəziyyəti müzakirə ediblər

28 Oktyabr 2020, 10:05 (GMT +4)
MN: Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub

28 Oktyabr 2020, 10:00 (GMT +4)
Cəbhəboyu ərazilərdə top mərmiləri, raket, piyada əleyhinə minalar aşkarlanıb

28 Oktyabr 2020, 09:44 (GMT +4)
Türkiyə XİN Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarına hücumunu pisləyib

28 Oktyabr 2020, 09:40 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verib

28 Oktyabr 2020, 09:30 (GMT +4)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub

28 Oktyabr 2020, 09:15 (GMT +4)
MN: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

28 Oktyabr 2020, 09:11 (GMT +4)
Ərdoğan və Putin Qarabağ münaqişəsi bölgəsindəki son vəziyyəti müzakirə edib

28 Oktyabr 2020, 09:08 (GMT +4)
Mis filizləri və konsentratlarının istehsalı artıb

28 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Düşmənin məhv edilən və sıradan çıxarılan texnikasının sayı açıqlanıb

28 Oktyabr 2020, 08:50 (GMT +4)
Müdafiə Naizliriyi cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqlayıb

28 Oktyabr 2020, 08:48 (GMT +4)
Zərif: İran Azərbaycanın ərazibütövlüyünə hörmətlə yanaşmaqla münaqişənin həlli üçün layihə hazırlayıb

28 Oktyabr 2020, 08:37 (GMT +4)
Tramp daha doqquz ərəb dövlətinin İsraillə əlaqələri rəsmiləşdirəcəyini bildirib

28 Oktyabr 2020, 08:23 (GMT +4)
MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66