Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ali Baş Komandan Beyləqanda “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

13 Fevral 2019, 15:10 (GMT +4)

Bakı, 13 fevral, SalamNews. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

Dövlət başçısına məlumat verilib ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.

Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin doğum tarixidir

Birinci vitse-prezident BMT-nin Dövlət Xidmətləri Forumunun açılışında iştirak edib (FOTO)

Prezident Administrasiyasının şöbə müdirinə fəxri ad verilib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident Administrasiyası bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib (SİYAHI)

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Gürcüstan prezidenti Rusiyanı etiraz aksiyaları ilə əlaqəsi olmaqda ittiham edib

Birinci vitse-prezident sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub

Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

Füzuli Musayev Ciu–Citsu Federasiyasının vitse–prezidenti seçilib

Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib

Prezident hərbi qulluqçuların aylıq pul təminatını artırıb

UEFA keçmiş prezidenti korrupsiya şübhəsiylə saxlanılıb

Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub

Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib

Sudanın sabiq prezidentinin həbsindən sonra ilk görüntüləri yayımlanıb (VİDEO)

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüş vaxtı açıqlanıb

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12