Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub

15 Fevral 2019, 12:34 (GMT +4)

Bakı, 15 fevral, SalamNews. İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olub.

SalamNews xəbər verir ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət “İçərişəhər” adlı fotosərgi də nümayiş olunub.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov son illər İçərişəhərdə görülən işlər və reallaşan layihələr barədə məlumat verib. Bildirib ki, İçərişəhərdə Xalq rəssamı Tahir Salahovun ev-muzeyi, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi yaradılıb, Marionet teatrının binasının açılışı olub və bir sıra layihələr həyata keçirilib. Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

İdarə rəisi diqqətə çatdırıb ki, bu gün Bakı Fotoqrafiya Evində təşkil edilən ilk sərgidə iştirakçılar İçərişəhərin maraqlı fotoları ilə tanış olacaqlar. Bu fotolar ötüb keçən zamanın şəhərin mühitinin yalnız landşaftını, işıq və havasını deyil, həm də baxışını da dəyişdirdiyinə sənədli şahidlik edir.

Tədbirdə fotoqraf Sənan Ələsgərov sərgi barədə məlumat verərək belə bir mədəniyyət mərkəzinin yaradılmasına görə əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir foto kolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.

Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Qala divarları əhatəsində olan memarlıq, bir-birini əvəz edən və mədəni təbəqələrdəki dəyişiklikləri qeydə alır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Fotoqrafiya Evində “Havana – 500 il” adlı fotosərgi açılacaq

Bu gün Dünya Fotoqrafiya Günüdür

Fotoqrafiyada yaradıcılıq və kommersiya balansı qorunmalıdır - AFB

“YARAT” fotoqrafiya üzrə yay düşərgəsi təşkil edəcək

AFB Dünya Fotoqrafiya Günü münasibətilə atıcılıq yarışı keçirib  

Bakıda peşəkar özünün "Fotoqrafiyaya aid 1001 sual" bloqunu açıb  

Bakıda "Makro fotoqrafiya" müsabiqəsinə yekun vurulub 

Bakıda Polşa sənədli fotoqrafiyası festivalı keçirilir

Paytaxtda “Gənc polyakların sənədli fotoqrafiyası” festivalı keçiriləcək

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

07 Dekabr 2019, 11:49 (GMT +4)
Ankara Fransadakı aksiyalar zamanı jurnalistlərə qarşı zorakılığı tənqid edib

07 Dekabr 2019, 11:39 (GMT +4)
TRACECA-ya sədrlik Azərbaycana keçib

07 Dekabr 2019, 11:32 (GMT +4)
Kral Salman Səudiyyə hərbçisinin Florida hücumuna görə Trampa başsağlığı verib (VİDEO)

07 Dekabr 2019, 11:22 (GMT +4)
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq

07 Dekabr 2019, 11:03 (GMT +4)
Florida aviabazasında atəş açan şəxs Səudiyyə Ərəbistanı Hava Qüvvələrinin hərbçisi olub

07 Dekabr 2019, 11:01 (GMT +4)
ABŞ İraqın Haşd-Şabi qüvvələrinin bəzi rəhbərlərinə sanksiya tətbiq edib

07 Dekabr 2019, 10:53 (GMT +4)
Azərbaycan müəllimləri “STEAM” təlimində iştirak edirlər

07 Dekabr 2019, 10:50 (GMT +4)
Florida Hərbi Dəniz Qüvvələri bazası atışma ilə bağlı məlumatlarından sonra bağlanıb

07 Dekabr 2019, 10:32 (GMT +4)
Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb

07 Dekabr 2019, 10:16 (GMT +4)
Bağdadda etirazçılar arasında atışma olub, azı 10 ölü var (VİDEO)

07 Dekabr 2019, 10:14 (GMT +4)
Liviya ilə memorandum Ankaranın Aralıq dənizində atdığı vacib addımdır - TBMM sədri

07 Dekabr 2019, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

06 Dekabr 2019, 21:05 (GMT +4)
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66