Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BANM-də “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başlayıb

15 Fevral 2019, 13:52 (GMT +4)

Bakı, 15 fevral, SalamNews.Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış mərasimi keçirilib.

Bu barədə SalamNews-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik olan mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. O, layihədə tədris olunacaq modullardan və onların iştirakçıların gündəlik, həmçinin karyera həyatlarına təsir edəcək müsbət tərəflərindən danışıb.

Layihənin koordinatoru Ləman Hüseynova iştirakçılara BANM haqqında təqdimat edib, daha sonra layihədə iştirak etməyin qaydaları, modullar, təlimçilər və s. haqqında məlumat verib.

Daha sonra “Mühəndislər üçün biznes təhsili” layihəsinin modullarından biri – “Danışıqların aparılması bacarıqları” modulunun təlimçisi, BANM-ın proqram meneceri Nərgiz Tarverdiyeva çıxış edərək, proqramın modulları - Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə edilməsi modullarının mahiyyəti və əsas məqsədi haqqında iştirakçılara məlumat verib.

Daha sonra iştirakçılar xüsusi qruplara bölünüb və BANM-ın kampusu ilə yaxından tanış olublar.

Qeyd edək ki, 2 ay müddətində davam edəcək proqramın tədris edilməsi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqramın iştirakçıları xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitlərindən istifadə edəcəklər.

Layihədə iştirak etmək üçün BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərindən xüsusi seçim prosesindən keçən 110-dan çox tələbə seçilib. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66