KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib19 Fevral 2019, 10:43 (GMT +4) Bakı. 19 fevral, SalamNews. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrikada səfərdədir.
Bu barədə SalamNews-a Nazirlikdən bildirilib.
Məlumata görə, səfərdə məqsəd bu ölkənin heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir. Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.
|