Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq

19 Fevral 2019, 09:45 (GMT +4)

Bakı, 19  Fevral, SalamNews. Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda şəhər sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı Sumqayıt təhsil müəssisələrinin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və tələbələrin orada yerləşdirilməsi məsələsinin həll ediləcəyini bildirib: “Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək”.

İlham Əliyev qeyd edib ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir: “Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir.

Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır”.

Prezident deyib ki, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir: “Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək.

Qazlaşdırma - burada qazla problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başlayıb

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoru barəsində cinayət işi başlanıb

Nazir: “Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əməkhaqqı gəliri qorunub”

Azərbaycanda orta aylıq əməkhaqqı 712 manata çatıb

Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq

Nazirlik: Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq

Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi oktyabr ayında 34,2 faizə yüksəlib

Azərbaycanda 1 milyon 350 min insanın əməkhaqqı artırılıb

Sabahdan minimum əməkhaqqı 250 manat olacaq

Özəl təşkilatlarda əməkhaqqı kartları sahiblərinin sayı 18 faiz artıb

Bakıda çalışan işçilərin orta aylıq əməkhaqqı 4 faiz artıb

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min insanı əhatə edəcək

Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib

UNEC-də əməkhaqqılar artırılıb

Nazirlik rəsmisi: Birinci rübdə əməkhaqqı fondu 16,2 faiz artıb

Dövlət qulluqçularının sayı və onların əməkhaqqı açıqlanıb

Prezident İlham Əliyev: Minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq

Dövlət sektoru üzrə 450 mindən çox işçinin əməkhaqqı orta hesabla 30 faiz artıb

Nazirlik: Azərbaycanda minimum əməkhaqqı davamlı olaraq artırılacaq

Prezident İlham Əliyev minimum əməkhaqqını artırıb

03 İyul 2020, 17:47 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

03 İyul 2020, 17:46 (GMT +4)
Ərdoğan Putin və Ruhani ilə danışıqların nəticələrini şərh edib

03 İyul 2020, 17:43 (GMT +4)
Yəmənlilər aviazərbələrə cavab olaraq Səudiyyə ərazisini 4 PUA ilə hədəfə alıblar

03 İyul 2020, 17:28 (GMT +4)
Putin Konstitusiyaya dəyişikliyə dair fərmanı imzalayıb

03 İyul 2020, 17:20 (GMT +4)
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

03 İyul 2020, 17:16 (GMT +4)
Müəllimlər üçün onlayn müsahibələrə start verilir

03 İyul 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03 İyul 2020, 16:54 (GMT +4)
Türkiyədə fişəng zavodunda baş verən partlayışlarda ölənlərin sayı 4-ə yüksəlib 

03 İyul 2020, 16:50 (GMT +4)
Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

03 İyul 2020, 16:37 (GMT +4)
Avropanın səhv siyasəti davam etsə nüvə sazişi tam şəkildə aradan gedəcək - İran

03 İyul 2020, 16:30 (GMT +4)
Türkiyədə fişəng zavodunda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var

03 İyul 2020, 16:11 (GMT +4)
İran səfirliyi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib

03 İyul 2020, 16:10 (GMT +4)
ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

03 İyul 2020, 15:58 (GMT +4)
Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03 İyul 2020, 15:52 (GMT +4)
Balaxanı yeni turizm məkanına çevrilir

03 İyul 2020, 15:44 (GMT +4)
The Hill: ABŞ-ın keçmiş prezidenti Qərb sahilinin ilhaqını “qanunsuz işğal” adlandırıb

03 İyul 2020, 15:36 (GMT +4)
Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

03 İyul 2020, 15:20 (GMT +4)
Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub

03 İyul 2020, 15:17 (GMT +4)
Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

03 İyul 2020, 15:11 (GMT +4)
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

03 İyul 2020, 15:00 (GMT +4)
Rəsədxana: Sabah planetlərin paradı başlayır

03 İyul 2020, 14:46 (GMT +4)
Maduro Avropa İttifaqının Venesueladakı nümayəndəsini geri göndərməməsinə aydınlıq gətirib

03 İyul 2020, 14:34 (GMT +4)
Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

03 İyul 2020, 14:24 (GMT +4)
Masallıda karantin qaydalarını pozan kafe və çayxana sahibləri cərimələnib

03 İyul 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

03 İyul 2020, 14:05 (GMT +4)
Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

03 İyul 2020, 14:00 (GMT +4)
AZTV: 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır

03 İyul 2020, 13:50 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

03 İyul 2020, 13:45 (GMT +4)
“Həsrət Yolu” yeni layihəyə başlayıb

03 İyul 2020, 13:35 (GMT +4)
ABŞ-ın Texas ştatında maska taxmaq məcburi olacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66