Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclis “Ümumi təhsil haqqında” qanun layihəsini qəbul edib

19 Fevral 2019, 15:57 (GMT +4)

Bakı, 19 fevral, SalamNews. Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

SalamNews-un xəbərinə görə, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.

Qanun layihəsində bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

"Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclisdə büdcə müzakirələri başlayıb

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası başlayıb

Milli Məclisin sədri sabah Almaniyaya gedir

Milli Məclisin deputatı Latviyaya gedəcək

Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər

Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış olublar

Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin deputatı iftar süfrələri təşkil edib (FOTO)

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin deputatı Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib

Milli Məclis sədrinin müavini Bahar Muradova seçicilərlə görüşüb

Milli Məclisin nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin deputatı Bolqarıstana gedəcək

Milli Məclisin deputatları Avstraliya gedib

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66