Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub

21 Fevral 2019, 11:43 (GMT +4)

Bakı, 21 fevral, SalamNews. Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi Cırtdan və Bəbiri startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan, Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilmişdir.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşmüşdür. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilmişdir.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir ölkənin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

Qeyd edək ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı 21 – 27 iyul 2019-cu ildə keçiriləcək.

Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyofbaku2019.com dur. Yarışın hashtaql isə #4everyoungbaku dur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BNA Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə bileti olanlara müraciət edib

Azərbaycan cüdoçusu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb

Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək

Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub

Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürülüb

XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək

Avropa Gənclər Olimpiya festivalında Azərbaycan mədəniyyəti təbliğ olunacaq

09 Dekabr 2019, 10:20 (GMT +4)
Pompeo Lavrovla dekabrın 10-da Vaşinqtonda görüşəcək

09 Dekabr 2019, 10:08 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

09 Dekabr 2019, 09:55 (GMT +4)
Bağdadın beynəlxalq hava limanına bir neçə raket atılıb

09 Dekabr 2019, 09:42 (GMT +4)
Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub

09 Dekabr 2019, 09:37 (GMT +4)
Livanda yeni baş nazirin təyini və elan edilməsi növbəti dəfə təxirə düşüb

09 Dekabr 2019, 09:37 (GMT +4)
İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

09 Dekabr 2019, 09:27 (GMT +4)
Lənkəranda zəlzələ olub

09 Dekabr 2019, 09:18 (GMT +4)
Tramp: Kim Çen In ABŞ ilə düşmənçiliyə görə hər şeyi itirə bilər

09 Dekabr 2019, 09:01 (GMT +4)
Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi həyata keçiriləcək

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66