DSK: Ölkədə 23,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub21 Fevral 2019, 16:40 (GMT +4) Bakı, 21 fevral, SalamNews.Keçən il Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 23,2 milyard kubmetr təşkil edib.
Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, bu həcmin 82,5 faizi hasilatın, 9,8 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,7 faizi isə idxalın hesabına formalaşıb.
Ehtiyatların 45,1 faizi ölkə daxilində istehlak edilib, 42,5 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib, 9,9 faizi 2019-cu il yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.
|