Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Tarix İnstitutu Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

25 Fevral 2019, 14:43 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib.

İnstitutdan SalamNews-a verilən məlumata görə, konfrans Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən təşkil edilib.

Tədbir Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

İnstitutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, 20 Yanvar faciəsi və Xocalı soyqırımı 1918-ci il mart soyqırımının davamıdır: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında tarixi abidələr məhv edilir və tarix saxtalaşdırılır”.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Cəbi Bəhramov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında institut 5 beynəlxalq soyqırımı konfransı keçirib: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə bildirib ki, Xocalı faciəsi Azərbaycanın 200 illik qanlı tarixinin son soyqırımıdır.

Tarixçi alimlər Vaqif Abışov, Raisə Cəfərova və Rəşad Mustafa qeyd ediblər ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və digər kitabları çap etdirib.

Gənc tədqiqatçılar Ramin Quliyev, Lamiə Sultanova, Günay Nəciyeva və Nərmin Xanməmmədova öz məruzələrində bildiriblər ki, XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

Tarix İnstitutu: Dərbənddə Nizami parkı baxımsız vəziyyətdədir

Tarix İnstitutu Rusiyanın “Voprosı istorii” jurnalı ilə əməkdaşlıq edəcək

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

Baş Nazir Tarix İnstitutunun direktoruna zəng edib

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru olub

Tarix İnstitutu soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” kitabı təqdim olunub

Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyi elmi konfransla qeyd olunub

Tarix İnstitutu illik hesabatını təqdim edib

Tarix İnstitutunda Azərbaycan-Norveç əlaqələri araşdırılır

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edilib

Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb

Tarix İnstitutunda yeni kitablar çap olunub

Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Tarix İnstitutunda Zəngəzur tarixi ilə bağlı dissertasiya müdafiə olunub

25 Oktyabr 2020, 08:09 (GMT +4)
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66