Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN və Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

25 Fevral 2019, 15:28 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.

SalamNews -a daxil olan bəyanatda deyilir:

"Erməni millətçiləri hələ Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) mövcudluğu dövründə 1987-1988-ci illərdən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatizmin təşviqi və terrorizmin açıq dəstəklənməsi siyasətini yeritməyə başladılar. SSRİ-nin süqutundan dərhal sonra isə, yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdə biri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər o cümlədən, soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmağa davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Məlumdur ki, ötən il Ermənistan əhalisinin kütləvi etirazları nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış həmin ölkənin əvvəlki rəhbərliyinin bəzi nümayəndələri, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə, Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak etmişlər.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172)).

Danılmaz faktdır ki, bu gün ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə onun indiki və ya əvvəlki hər hansı statusu immunitet verə bilməz.

Bununla əlaqədar, hal hazırda Ermənistanda öz xalqına qarşı müxtəlif cinayətlərin törədilməsi ittihamları ilə barələrində istintaq və məhkəmə prosesləri aparılan şəxslərin Azərbaycan xalqına qarşı ən ağır cinayətlərin törədilməsinə görə də məsuliyyətə cəlb edilməsi həm beynəlxalq ədalətin bərqərar olunması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla danışıqlar vasitəsilə nizama salınmasına mühüm töhfə verə bilər. Məhz belə olacağı təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və ümumiyyətlə, dünya ictimaiyyətinin dəstəklədiyi Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması və qarşılıqlı surətdə etimadın yaradılması istiqamətində gerçək irəliləyişin baş verməsinin mümkünlüyü artacaq.

Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılmasına xidmət edəcək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

Azərbaycanda əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb

Türkiyə Səudiyyə XİN rəhbərinin Kiprə səfərini tənqid edib

XİN: Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır

Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub 

Azərbaycan və Türkiyə XİN-nin mətbuat katiblikləri arasında məsləhətləşmələr keçirilib

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

İran yaxın zamanlarda Britaniya neft gəmisini sərbəst buraxacağını bildirib

Türkiyə XİN ABŞ-ın səyahətlə bağlı xəbərdarlığını tənqid edib

Trampın Yaxın Şərq üzrə rəsmi nümayəndəsi istefa verib

Livan səfiri Türkiyə XİN-ə çağırılıb

Sepah Hörmüz boğazı yaxınlığında 7 balıq qayığı və 24 xarici vətəndaşı saxlayıb

Netanyahu Hizbullahı tənqid etdiklərinə görə Bəhreyn və BƏƏ XİN rəhbərlərini alqışlayıb

Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub

XİN: Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur"

Türkiyə XİN Livan prezidentinin açıqlamasını tənqid edib

Yaxın vaxtlarda Qarabağla bağlı yeni görüş keçiriləcək - Ermənistan XİN rəhbəri

"Dorian" ABŞ tarixindəki ən iri qasırğalardan biri ola bilər - Tramp

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

20 Sentyabr 2019, 11:45 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20 Sentyabr 2019, 11:39 (GMT +4)
Ərəblərin nefti Amerika üçün onların qanından daha mühümdür - Cavad Zərif

20 Sentyabr 2019, 11:23 (GMT +4)
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olunub

20 Sentyabr 2019, 11:00 (GMT +4)
Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır

20 Sentyabr 2019, 10:57 (GMT +4)
Sumqayıtda bir qrup abonentin qaz təchizatında fasilə yaranıb

20 Sentyabr 2019, 10:46 (GMT +4)
Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb

20 Sentyabr 2019, 10:35 (GMT +4)
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

20 Sentyabr 2019, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

20 Sentyabr 2019, 09:51 (GMT +4)
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66