Gənclər və İdman Nazirliyi Xocalı ilə bağlı gənclərə çağırış edib26 Fevral 2019, 17:00 (GMT +4) Bakı, 26 fevral, SalamNews. “Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalamış və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Sərəncama uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya Ədalət” Kampaniyasına Dəstək adlı sosial media üzərindən aksiyaya start verilib.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, məqsəd Ssyqırım faktının dünya ictimaiyyətinə çatdırılması ilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində fəaliyyətlərə dəstək olmaqdır. Bu məqsədlə gənclərin qeyri-hökümət təşkilatlarını və gəncləri bu fəaliyyətələrə qoşulmağa dəvət olunurlar.
Gənclərin buişdə fəal olması və təlimata uyğun hərəkət etmələri, daha cox gənc tərəfindən facebook və twitter sosial media hesablarından paylaşılması vacibdir.
Paylaşımlar zamanı #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur.
Poster və infoqram hazırlanmış, hətəşqlərdən istifadə qaydası, paylaşmaq üçün foto, video və tvit bazası yaradılıb. Tvit bazası Azərbaycan, ingilis, rus, fransız və ispan dillərindən formalaşdırılıb.
Təlimatı həm də bu linkdən əldə etmək olar: https://www.facebook.com/notes/az%C9%99rbaycan-respublikas%C4%B1n%C4%B1n-g%C9%99ncl%C9%99r-v%C9%99-idman-nazirliyi-g%C9%99ncl%C9%99rl%C9%99-i%C5%9F-%C5%9F%C3%B6b%C9%99si/xocal%C4%B1ya-%C9%99dal%C9%99t-kampaniyas%C4%B1na-d%C9%99st%C9%99k/609428146173408/
|