Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

26 Fevral 2019, 19:40 (GMT +4)

Bakı, 26 fevral, SalamNews. Fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet tankları və Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı şəhəri bir gecədə yer üzündən silindi, 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirildi. Yüzlərlə sakin əsir alındı. Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil. Ermənilər dinc əhalinin yaşadığı şəhərdə insanlığa sığmayan dəhşətli qətliam törətdilər. Xocalı soyqırımını törədənlər sonradan Ermənistanda illərlə baş nazir və prezident vəzifələrində ölkəni idarə etdilər. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Xocalıdakı qətliama israrla bəraət qazandıraraq, o gecə törətdiklərini etiraf etdi.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

İyirmi yeddi il əvvəl törədilən Xocalı faciəsinin ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından biri olduğunu vurğulayan Əli Həsənov ermənilərin Qafqazda möhkəmlənmək üçün həyata keçirdikləri etnik təmizləmə siyasətinin bunun ən mühüm səbəbi olduğunu bildirib. Ermənilərin bu siyasəti havadarlarının dəstəyi ilə həyata keçirdiklərini qeyd edən Prezidentin köməkçisi deyib: “Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda soyqırımları törədiblər. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1915-1918-ci illərdə ermənilər Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində Xocalı qətliamından daha qanlı və insan tələfatı baxımından daha böyük soyqırımları törədiblər. Ermənilər həmin dövrdə təkcə Bakıda təxminən 20 min nəfəri qətlə yetiriblər. Daha sonra 1948-1953-cü illərdə Sovet İttifaqı tərəfindən 150 min azərbaycanlı Ermənistandan deportasiya edilib. Bununla da Ermənistanda heç bir türkün və müsəlmanın qalmaması ilə bağlı məqsədlərinə çatmaq yolunda böyük addım atılıb”.

Ermənilərin 1988-ci ildən Sovet İttifaqının dağılmasına qədər olan dövrdə azərbaycanlılara qarşı açıq şəkildə torpaq iddiası qaldırdıqlarını bildirən Əli Həsənov bu işğalçılıq siyasəti nəticəsində 1988-1994-cü illərdə Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara fasiləsiz hücumların olduğunu vurğulayıb. İşğal nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini, yaşayış məntəqələrinin yerlə-yeksan edildiyini, kütləvi qətliamların törədildiyini deyən Prezidentin köməkçisi Xocalı soyqırımının bunların arasında ən qanlı faciə olduğunu deyib.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasında Anadolu Agentliyinin də rolunu xüsusi vurğulayan Əli Həsənov deyib: “Qətliamdan sonra bütün dünya mediası yaşanan dəhşəti öz səhifələrində təqdim etdi. Azərbaycan həmin dövrdə informasiya blokadasında idi. Bu blokada Anadolu Agentliyinin dəstəyi ilə yarıldı və soyqırımı həqiqətləri dünyaya çatdırıldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dəstəyi ilə Prezident seçilməsindən sonra ölkəmiz sürətlə inkişaf etməyə başladı. Bütün sahələrdə olduğu kimi, media sahəsində də əsaslı dəyişikliklər baş verdi. İndi Azərbaycan mediası dünyanın ən güclü media qurumları ilə rəqabət aparacaq səviyyədədir”.

Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirdiyini bildirən Əli Həsənov BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdıraraq, Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsinin vacibliyini vurğulayıb.

“Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi hər an qanlı müharibəni alovlandıra bilər”, - deyən Əli Həsənov 2016-cı ilin Aprel döyüşlərinin yeni bir müharibənin necə ağır nəticələr doğura biləcəyini göstərdiyini bildirib: “2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunu Ermənistana və bu ölkənin himayədarlarına göstərdi. Bu gün müasir silahlara sahib olan Azərbaycan Ordusu dünyanın ən güclü və hazırlıqlı ordularından biridir. Ermənistanın işğalçılıq siyasətinin davam etməsi hər an qanlı müharibənin fitilini alovlandıra bilər. Bu müharibədə on, bəlkə də yüz minlərlə insan həlak ola bilər. Amma biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət olaraq tanıyıb, işğal altındakı torpaqların azad olunmasını tələb ediblər. Lakin ermənilər beynəlxalq hüquq normalarına, bu qərar və qətnamələrə hörmətsizlik göstərirlər”.

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz əməkdaşlığın olduğunu vurğulayan Əli Həsənov 2007-ci ildə Bakıda keçirilən qurultayın bunun konkret göstəricisi olduğunu bildirib. İkitərəfli əlaqələrin dövlətlərimizin başçılarının birgə səyləri ilə daha da gücləndiyini qeyd edən Prezidentin köməkçisi deyib: “Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, indi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün lazımi addımları atıb və atmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev “Bir millət, iki dövlət” olduğumuz kimi, “iki dövlət, bir lobbi”, “iki dövlət, bir diaspor” istiqamətində qəti iradə nümayiş etdirirlər.

2007-ci ildən etibarən bütün dünyada Türkiyə və Azərbaycanı təmsil edən lobbi və diasporlar həm Ermənistanın uydurma soyqırımı iddialarına qarşı, həm də Xocalı soyqırımının dünyaya çatdırılması məsələsində birlikdə mübarizə aparır. Buna dövlətlərimiz, ziyalılarımız, universitetlərimiz, tələbələrimiz, bütün sosial media vasitələrimiz və dövlət təşkilatlarımız dəstək verir. Erməni diasporu və dövləti, qondarma soyqırımı iddialarını davamlı olaraq gündəmdə saxlamaqla, əslində, Xocalı soyqırımını unutdurmağa çalışır. Hər il beynəlxalq platformalarda ermənilərin soyqırımı iddialarının yalan olduğunu, əslində ermənilərin Anadolu türklərinə və azərbaycanlılara qarşı qırğınlar törətdikləri ilə bağlı bütün həqiqətləri dünyaya çatdırırıq. Dünya artıq bir virtual informasiya şəbəkəsinə çevrilib. Türkiyə və Azərbaycan sosial şəbəkələrdəki mübarizədə birgə hərəkət etməlidir. Biz, iki qardaş dövlət olaraq, birlikdə fəaliyyət göstərməyin gücümüzə güc qatacağına inanırıq”.

Əli Həsənov qondarma soyqırımı iddialarını qəbul edən ölkələrdə ermənilərin lobbiçilik fəaliyyəti barədə danışaraq deyib: “Bəzi Avropa dövlətləri Ermənistanın heç bir sübutu olmayan qondarma soyqırımı iddialarını tanıyır. Lakin 27 il əvvəl bütün dünyanın gözləri qarşısında törədilən Xocalı qətliamını hansı səbəbdən görmür? Amma biz burada da işləri dayandırmamalıyıq. Bu dövlətlərin ictimaiyyəti, parlamenti, vətəndaş təşkilatları və xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil edərək onlara faktları çatdırmalıyıq. Biz ermənilərin soyqırımı iddialarının yalan olduğunu və 27 il əvvəl Xocalıda baş verənlərin həqiqət olduğunu anlatmalıyıq. Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun güclü olduğu yerdə azərbaycanlılar, türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdırlar”.

İslam dünyasına çağırış edən Əli Həsənov söhbətini bu sözlərlə yekunlaşdırıb: “Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının maraqlarının qorunması və mövcud problemlərin həlli üçün birlikdə hərəkət edir. Bütün dünyada müsəlmanlara qarşı təzyiqlərə ən çox sinə gərən ölkələrin Türkiyə və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud problemlərinə qarşı da heç bir zaman laqeyd qalmadıq. İslam dünyasındakı dövlətlər də bizim problemlərimizə biganə qalmamalı, həm Xocalı soyqırımının tanınmasında, həm də ermənilərin qondarma soyqırımı iddialarına qarşı mübarizədə iştirak etməlidir. Unutmamalıyıq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm müsəlman qırğını törədib, həm də müsəlmanların müqəddəs yerlərini dağıdıblar”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

Əli Həsənov: Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

Çeçenistan Respublikasının naziri Əli Həsənovun bəyanatını şərh edib

Əli Həsənov: Azərbaycan Avropa ilə Asiyanı birləşdirən İpək Yolunun qurucu dövlətlərindən biridir

Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir - Əli Həsənov

Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

Əli Həsənov: 10 ay ərzində 2 tondan çox müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarııb

Əli Həsənov: Prezident İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb

Prezidentin köməkçisi Əli Həsənov bizə çox böyük etimat göstərdi - Toğrul Allahverdili 

Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

Əli Həsənov Gəncə hadisələrinə münasibət bildirib

Əli Həsənovun kitabı Düşənbədə tacik və rus dillərində çap olunub

Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük - Əli Həsənov

Əli Həsənov indoneziyalı jurnalistlərlə görüşüb

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

24 Avqust 2019, 12:39 (GMT +4)
Bu il Azərbaycanda 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

24 Avqust 2019, 12:14 (GMT +4)
Türkiyədə YAP adlı yeni siyasi partiya yaradılır

24 Avqust 2019, 12:05 (GMT +4)
İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24 Avqust 2019, 12:01 (GMT +4)
FHN: Şəkidə dağlıq zonada baş verən yanğın söndürülüb

24 Avqust 2019, 11:49 (GMT +4)
“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

24 Avqust 2019, 11:40 (GMT +4)
Tramp Çindən gələn mallara rüsumları sərtləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12