Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Qazaxıstan Dəmir Yolları Milli Şirkəti”nin nümayəndə heyəti ASCO-da olub

27 Fevral 2019, 16:38 (GMT +4)

Bakı, 27 fevral, SalamNews. Fevralın 27-də Azərbaycanda səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Sauat Muxametbayeviç Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçirilib.

SalamNews ASCO-nun rəsmi sayıtına istinadən xəbər verir ki,görüşdə Xəzər dənizi və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyət Marşrutunun perspektivlərindən söz açılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qazaxıstanlı qonaqlara ASCO-nun fəaliyyəti haqqında ətraflı məlumat verib.

ASCO-nun sədri vurğulayıb ki, bu gün ölkə başçısı İlham Əliyevin gerçəkləşdirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan vacib nəqliyyat qovşağına çevrilib.

Donanmalarının daim yenilənməsinə diqqət çəkən ASCO-nun sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizi üzərindən artan yük həcminin qarşılanması üçün bu strategiyanı bundan sonra da davam etdirəcək.

“Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Sauat Muxametbayeviç Mınbayev də öz növbəsində ASCO-nun xüsusi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda strateji rolunu  vurğulayıb. Yeni təyin olduğu vəzifədə ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində olduğunu və gələcəkdə də qardaş və dost ölkələrin bu  iki qurumu arasında əməkdaşlığın artan xətt üzrə davam edəcəyinə inamını bildirib.

Tərəflər yükdaşıma, logistika və ikitərəfli əməkdaşlığın işçi qrupu formatında davam etdirilməsinə razılıqlarını ifadə ediblər.  

Sonda qonaqlara Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

20 Sentyabr 2019, 11:45 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20 Sentyabr 2019, 11:39 (GMT +4)
Ərəblərin nefti Amerika üçün onların qanından daha mühümdür - Cavad Zərif

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66