ADNSU-nun rektoru İstanbulda beynəlxalq tədbirə qatılıb01 Mart 2019, 14:13 (GMT +4) Bakı, 1 mart, SalamNews. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İstanbulda Avrasiya Universitetləri Birliyinin “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir.
ADNSU-dan SalamNews-a bildiriblər ki, 70-dən çox ölkədən universitet rəhbərləri və ekspertlərin qatıldığı tədbirdə 4-cü sənaye inqilabi dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası və universitetlərin akkreditasiyasına həsr olunan panellər və seminarlar təşkil edilib.
Tədbir çərçivəsində professor Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə görüşlər keçirib, ADNSU haqqında məlumat verib.
Zirvə toplantısı martın 1-də başa çatacaq.
|