Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsi Yasamalda seminar-müşavirə keçirib

01 Mart 2019, 11:16 (GMT +4)

Bakı, 1 mart, SalamNews. Yasamalda “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Ə.Əzizovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın 2018-ci ilin Prezident seçkilərindən sonra ilk olaraq Hacı Cavad məscidinin açılışında iştirak etmələri dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan tarixən millətlərin, dinlərin sülh şəraitində yaşadığı bir məkan olub. Müasir dövrümüzdə də Azərbaycanda dini və etnik tolerantlığın, multikulturalizmin, eləcə də birgəyaşayışın ən nümunəvi modeli formalaşıb. Respublikamızda formalaşmış bu modelin indiki zamanda çox yüksək dəyəri var və bu, dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir: “Biz dünyaya nəzər salsaq görərik ki, dünyada beynəlxalq təhlükəsizlik problemlərinin əsasını məhz dini və etnik zəmində baş vermiş münaqişələr tutur. Dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərə xələl gətirən təhdidlərin aradan qaldırılmasında məhz Azərbaycan modelinin bu gün xüsusi yerinin olduğunu şahidiyik”-deyə, sədr müavini əlavə edib.

Azərbaycanın bu gün dünyada beynəlxalq təhlükəsizlik problemlərinin həllinə böyük töhfələr verdiyini diqqətə çatdıran natiq deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət yüksək qiymətə layiqdir.

Tədbirin əhəmiyyətindən də danışan S. Heydərov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dini mühitdə cərəyan edən prosesləri, tendensiyaları, xüsusilə bəzi xarici ölkələrdən yönləndirilmiş təhdidləri qiymətləndirmək və ona qarşı koordinasiyalı mübarizəni gücləndirməkdir. Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün bərqərar olması üçün yollar axtaran və bu istiqamətdə öz töhfələrini verən ölkə imicini qazanıb.

Daha sonra Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mirhadı Peymanov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şamaxıda dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib

FHN Ağdaşda seminar-müşavirə keçirib

İxtisaslaşmış-kommersiya məhkəmənin yaradılmasına dair seminar keçirilib

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Mikro, kiçik və orta sahibkarlar üçün seminar təşkil ediləcək

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

ARPA ödənişsiz seminar təşkil edəcək

“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib

Lerikdə yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib

Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

Strateji yol xəritələrinin monitorinqi mövzusunda seminar keçirilib

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

BMqT Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair seminar keçirib

"Məlumat Modeli" adlı regional seminar keçirilir

Məktəbdə seminar keçirilib

BMqT insan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu mövzusunda seminar keçirib

Hərbi birlikdə komandir müavinləri ilə seminar keçirilib

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Maliyyə sektorunda çalışan mütəxəssislər üçün seminar keçirilib

19 Avqust 2019, 18:00 (GMT +4)
Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 17:53 (GMT +4)
Avro-2020: Bakıya işgüzar səfər başlayıb

19 Avqust 2019, 17:41 (GMT +4)
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

19 Avqust 2019, 17:36 (GMT +4)
Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

19 Avqust 2019, 17:20 (GMT +4)
Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

19 Avqust 2019, 17:16 (GMT +4)
Sərbəst buraxılan İran neft gəmisinin növbəti hərəkət istiqaməti bəlli olub

19 Avqust 2019, 17:00 (GMT +4)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 16:44 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

19 Avqust 2019, 16:30 (GMT +4)
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

19 Avqust 2019, 16:20 (GMT +4)
Sudanın sabiq prezidenti ilk mühakiməsində Səudiyyə vəliəhdindən 25 milyon dollar hədiyyə aldığını bildirib

19 Avqust 2019, 16:18 (GMT +4)
Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19 Avqust 2019, 16:16 (GMT +4)
Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 15:50 (GMT +4)
“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:32 (GMT +4)
Nazirlik: Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

19 Avqust 2019, 15:27 (GMT +4)
Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

19 Avqust 2019, 15:14 (GMT +4)
İranda bir maşından 6 ton narkotik maddə aşkarlanıb (VİDEO)

19 Avqust 2019, 15:01 (GMT +4)
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

19 Avqust 2019, 14:55 (GMT +4)
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avqust 2019, 14:39 (GMT +4)
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19 Avqust 2019, 14:32 (GMT +4)
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

19 Avqust 2019, 14:30 (GMT +4)
DİN: İnstagramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

19 Avqust 2019, 14:14 (GMT +4)
Suriya təyyarələri İdlibin cənubunda Türkiyə hərbi karvanını hədəfə alıb (VİDEO)

19 Avqust 2019, 14:14 (GMT +4)
BŞTİ vakansiya seçiminə start verib

19 Avqust 2019, 13:50 (GMT +4)
DİN: Polisə silahlı hücumla bağlı yalan məlumat verən şəxs tutulub

19 Avqust 2019, 13:44 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19 Avqust 2019, 13:30 (GMT +4)
Gədəbəydə 5 otaqlı ev yanıb

19 Avqust 2019, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Avqust 2019, 12:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 12:42 (GMT +4)
Fəvvarələr Meydanında növbəti konsertlər baş tutub

19 Avqust 2019, 12:36 (GMT +4)
Bağlar su-kanal idarəsinin məsul işçisi cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12