Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib

06 Mart 2019, 14:26 (GMT +4)

Bakı, 6 mart, SalamNews. “AzerGold” QSC 1163 kiloqram civə ixrac edib.

QSC-dən SalamNews-a bildirilib ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən “AzerGold” istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.

Məlum olduğu kimi, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.

Hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir.

Ekoloji və sosial məsuliyyətin “AzerGold”un prioritetlərindən biri olduğu nəzərə alınaraq QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir.

Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılıb və tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit (“due diligence”) şərtlərinə cavab verən Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanıb.

Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manatadək mənfəət əldə edib.

Qeyd edək ki, bu ilin yanvarında “Asia Mercury” şirkətinin direktorunun Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib.

Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

INNOLAND və “AzerGold” QSC startapları müəyyənləşdirib

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

“INNOLAND” “AzerGold” ilə birgə Akselerasiya Proqramına başlayıb

“AzerGold” əməyin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirib

"AzerGold" QSC optimallaşdırma işlərini davam etdirir

“AzerGold” QSC sikkə və külçələrin təqdimat mərasimini keçirib

“AzerGold” QSC gənclərin peşə təcrübəsi toplamasına dəstək verir

“AzerGold” QSC qızıl hasilatını artırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” anlaşma memorandumu imzalayıb

ETSN-lə “AzerGold” QSC arasında Filizçay yatağında görüş keçirilib

Muxtar Babayev “AzerGold”un sədri ilə görüşüb

"AzerGold" geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirir

“AzerGold” QSC və “ADA” Universiteti əməkdaşlıq memorandumu imzalayıblar

“AzerGold” bu il 150 min unsiyayadək qiymətli metal ixrac edib

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

20 Fevral 2020, 09:57 (GMT +4)
Suriyada Rusiya və ABŞ hərbi maşınlarının bir-birilə «yarışması» kameralara düşüb (VİDEO)

20 Fevral 2020, 09:57 (GMT +4)
Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 Fevral 2020, 09:47 (GMT +4)
Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:35 (GMT +4)
Maqadanda təyyarə havaya qalxarkən yerə çırpılıb

20 Fevral 2020, 09:30 (GMT +4)
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

20 Fevral 2020, 09:16 (GMT +4)
İranda koronavirusa yoluxan iki nəfər həyatını itirib

20 Fevral 2020, 09:10 (GMT +4)
Tramp Pentaqon rəhbərinin müavininin istefa etdiyini açıqlayıb

20 Fevral 2020, 09:02 (GMT +4)
Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTOLAR)

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66