Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DMX-nin yeni qəbulu şöbəsinin açılışı olub (FOTO)

06 Mart 2019, 15:27 (GMT +4)

Bakı, 6 mart, SalamNews.Martın 6-da Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsinin əsaslı yenidənqurmadan sonra açılışı olub.

DMX-dən SalamNews-a bildiriblər ki, Xidmət rəisi Vüsal Hüseynov regional idarədə yeni qəbul mərkəzinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə qurumun əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi bildirib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq vətəndaşlara göstərilən xidmətin şəffaf həyata keçirilməsi, vətəndaş məmnunluğunun təminatı prioritet istiqamət kimi daim diqqət mərkəzindədir. Miqrasiya sahəsində aparılan bir sıra islahatların nəticəsi olaraq yeni istifadəyə verilən qəbul şöbəsi Xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunmasına xidmət edir.

Vüsal Hüseynov söyləyib ki, qəbul mərkəzinin fəaliyyətində əsas məqsəd “ASAN indeks”in tələblərinə uyğun olaraq fəaliyyət göstərmək, şəffaflığın təminatı, innovativ texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətinin ən müasir şəkildə icrası, operativlik və şəffaflıq prinsiplərinin əsas meyar kimi qorunub saxlanılmasıdır.

Sonra tədbir iştirakçıları Bakı şəhər regional miqrasiya idarəsinin qəbul mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar.

DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşlara xidmət göstərən qəbul mərkəzində müasir informasiya texnologiyalarından geniş istifadə edilib. Müraciətlərin rahat və növbəli qəbulu üçün mərkəzdə məlumat stendi, elektron növbə sistemi, informativ monitorlar quraşdırlıb. Bundan başqa, vətəndaşların onlayn məlumat əldə edə bilmələri üçün elektron tablolar və özünəxidmət köşkü yerləşdirilib. Burada ana və uşaq otağı, o cümlədən əlil arabalarından istifadə və fiziki qüsurlu insanların rahat hərəkət etmələri üçün bütün tələblər nəzərə alınıb.

Bakı şəhər regional miqrasiya idarəsi Atatürk prospekti 189 ünvanında yerləşir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Qurban bayramı günlərində işləyəcək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeliyində olan orqanlarda xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

Belçikanın İmmiqrasiya İdarəsinin rəhbəri “ASAN xidmət”də olub

"Azəravtoyol" ASC-də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən səyyar xidmət təşkil edilib 

Bayram günləri Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi adi rejimdə çalışacaq

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də vətəndaşları qəbul edəcək

17 Oktyabr 2019, 18:21 (GMT +4)
Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

17 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb

17 Oktyabr 2019, 17:50 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çinə səfər edəcək

17 Oktyabr 2019, 17:44 (GMT +4)
Şəmkirdə 58 kq mənşəyi məlum olmaya ətin satışının qarşısı alınıb

17 Oktyabr 2019, 17:33 (GMT +4)
Bəşər Əsəd ilk dəfə olaraq Türkiyənin əməliyyatına münasibət bildirib: «Təcavüzə cavab verəcəyik»

17 Oktyabr 2019, 17:31 (GMT +4)
Rusiya XİN Dövlət Duması deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

17 Oktyabr 2019, 17:24 (GMT +4)
Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

17 Oktyabr 2019, 17:20 (GMT +4)
Ankarada Rəcəb Tayyib Ərdoğan ilə Mayk Pensin görüşü başlayıb

17 Oktyabr 2019, 17:17 (GMT +4)
Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

17 Oktyabr 2019, 17:06 (GMT +4)
Sumqayıtda zenit top mərmisi aşkarlanıb

17 Oktyabr 2019, 17:05 (GMT +4)
Səudiyyə son 2 ayda ilk dəfə olaraq neft gəmisini husilərin olduğu bölgəyə buraxıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Ankara: Suriyadakı terrorçular kimyəvi silahdan istifadə edə bilərlər

17 Oktyabr 2019, 16:34 (GMT +4)
Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

17 Oktyabr 2019, 16:20 (GMT +4)
Filippində 6,4 bal gücündə zəlzələ baş verib

17 Oktyabr 2019, 16:19 (GMT +4)
Türkiyədə azərbaycanlı zəhərlənmə nəticəsində ölüb 

17 Oktyabr 2019, 16:10 (GMT +4)
Şagird idarəetmə sistemi yaradılıb

17 Oktyabr 2019, 16:09 (GMT +4)
Suriyada ABŞ nəzarətində qalan hərbi qərargahların sayı açıqlanıb

17 Oktyabr 2019, 16:06 (GMT +4)
Xaçmazda narkotacirlər tutulub

17 Oktyabr 2019, 16:04 (GMT +4)
Merkel Türkiyəyə silah tədarükünün planlaşdırmadığını açıqlayıb

17 Oktyabr 2019, 16:02 (GMT +4)
“Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

17 Oktyabr 2019, 15:56 (GMT +4)
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

17 Oktyabr 2019, 15:42 (GMT +4)
Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

17 Oktyabr 2019, 15:38 (GMT +4)
Regionlardakı gənc qızlar sahibkarlığa cəlb olunacaqlar

17 Oktyabr 2019, 15:36 (GMT +4)
"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

17 Oktyabr 2019, 15:25 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

17 Oktyabr 2019, 15:18 (GMT +4)
ABŞ vitse-prezidenti Ankaraya gəlib

17 Oktyabr 2019, 15:16 (GMT +4)
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

17 Oktyabr 2019, 15:15 (GMT +4)
Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

17 Oktyabr 2019, 15:10 (GMT +4)
AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66