Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

06 Mart 2019, 17:29 (GMT +4)

Bakı, 6 mart, SalamNews.Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

SalamNews xəbər verir ki,tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bildirib ki, iclas çoxəsrlik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Səməd Vurğunun fəaliyyətinə həsr olunub. AMEA rəhbəri böyük şairin unudulmaz alim, vətənpərvər insan olduğunu, xatirəsinin həmişə könüllərdə əbədi qalacağını diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan ədəbiyyatında dramaturq kimi şöhrət qazanan Səməd Vurğun zəngin fəaliyyəti ilə, gözəl xatirələrlə yada salınır. Alim Səməd Vurğunun bahar şairi olduğunu və xalq şairi kimi bütün ömrünü insanlığa, vətənpərvərliyə həsr etdiyini diqqətə çatdırıb.

Sonra Humanitar Elmləri Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib.­ Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensiyalın­dan götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalardan biri azərbaycançılıq məfkurəsi olub. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Akademik T.Kərimli ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladaraq bildirib ki, Ulu öndər dahi ədibin yaradıclığına yüksək dəyər verib.

Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

Daha sonra iclasda Rəyasət Heyəti ölkə iqtisadiyyatının və insan kapitalının davamlı inkişafında AMEA-nın iştirakının daha da genişləndirilməsi, Strateji yol xəritələrində verilmiş tapşırıqların icrasının tam həcmdə təmin olunması məqsədilə "AMEA-nın 2019-2020-ci illər üçün Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş vəzifələrin icrası üzrə Tədbirlər planı"nı təsdiq edib.

İclasda həmçinin akademik Həmid Araslının 110 illik, akademik Asəf Nadirovun 90 illik yubileylərinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin 29 iyun 2018-ci il tarixli 11/4 nömrəli qərarına dəyişiklik edilməsi, AMEA-nın Lənkəran Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar və Fəlsəfə institutlarının strukturlarında qismən dəyişiklik edilməsi haqqında da qərarlar verilib.

Sonda kadr məsələsinə baxılıb. Akademik Ramiz Məmmədov AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlanır

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

25 Sentyabr 2020, 14:12 (GMT +4)
Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:09 (GMT +4)
Moskva meri yaşlı sakinlərə imkan daxilində evdən çıxmamağı tövsiyyə edib

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dair 42,5 milyon manat ayrılıb

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

25 Sentyabr 2020, 13:42 (GMT +4)
ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

25 Sentyabr 2020, 13:25 (GMT +4)
TƏBİB sözçüsü Rəvanə Əliyeva yeni vəzifəyə təyin edilib

25 Sentyabr 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

25 Sentyabr 2020, 13:08 (GMT +4)
Fransada Makron və Putin arasındakı söhbətin mətbuata sızması ilə bağlı yoxlamalar başlayıb

25 Sentyabr 2020, 13:07 (GMT +4)
İlham Əliyev: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar

25 Sentyabr 2020, 13:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb (FOTO)

25 Sentyabr 2020, 12:45 (GMT +4)
"Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib

25 Sentyabr 2020, 12:40 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçib

25 Sentyabr 2020, 12:35 (GMT +4)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edilib

25 Sentyabr 2020, 12:33 (GMT +4)
Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

25 Sentyabr 2020, 12:31 (GMT +4)
BŞTİ: Məktəbəhazırlıq qruplarına 27 136 uşaq cəlb olunacaq

25 Sentyabr 2020, 12:27 (GMT +4)
Təhsil naziri tələbələri təbrik edib

25 Sentyabr 2020, 12:15 (GMT +4)
"Brent" markalı xam neftin qiyməti 42,17 dollara yüksəlib

25 Sentyabr 2020, 12:13 (GMT +4)
Neftçalada qanvermə aksiyası keçirilib

25 Sentyabr 2020, 12:03 (GMT +4)
Kim Çen In ilk dəfə olaraq Cənubi Koreya xalqından üzr istəyib

25 Sentyabr 2020, 12:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

25 Sentyabr 2020, 11:52 (GMT +4)
ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

25 Sentyabr 2020, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

25 Sentyabr 2020, 11:44 (GMT +4)
Tramp gələcək ABŞ seçkilərinin düzgün keçiriləcəyindən əmin deyil

25 Sentyabr 2020, 11:30 (GMT +4)
“Azexport” portalında sığorta xidmətləri yerləşdiriləcək

25 Sentyabr 2020, 11:29 (GMT +4)
İranda bir təlim təyyarəsi qəzaya uğrayıb

25 Sentyabr 2020, 11:20 (GMT +4)
ABŞ prezidenti hakimiyyətdən dinc yolla getməsinin şərtlərini açıqlayıb

25 Sentyabr 2020, 11:16 (GMT +4)
“Bavariya” UEFA Super Kubokunun qalibi olub

25 Sentyabr 2020, 11:02 (GMT +4)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır

25 Sentyabr 2020, 10:59 (GMT +4)
İlk dəfə olaraq Səudiyyə Ərəbistanın xaricdəki müxalifəti partiya təsis edib

25 Sentyabr 2020, 10:47 (GMT +4)
Fransa bir gündə 16 min COVID-19-a yoluxma qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66