Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rusiya səfiri: İnanıram ki, UNEC məzunları Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə töhfələr verəcək

06 Mart 2019, 18:02 (GMT +4)

Bakı, 6 mart, SalamNews. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

SalamNews xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC regionun 4 dildə ali təhsil verən və Rusiya Federasiyasında filialı olan yeganə universitetidir. UNEC-də rus dilində tədrisə böyük önəm verildiyini diqqətə çatdıran rektor Rus İqtisad Məktəbinin (RİM) fəaliyyətindən söz açıb, fakültədə 9 ixtisas üzrə iqtisadyönümlü tədris həyata keçirildiyini qeyd edib. UNEC-in Avropanın nüfuzlu universitetləri ilə magistratura və bakalavr pilləsi üzrə ikili diplom proqramlarından və əməkdaşlıq münasibətlərindən söz açan Ə.Muradov, Rusiyanın ali təhsil müəssisələri ilə də bu istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-lə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşmasının əldə edildiyini, Plexanov adına Rusiya İqtisad Universiteti və “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb.

M.Boçarnikov Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanda rusdilli təhsilin davam etdirilməsi məqsədi ilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsinə dəstək göstərəcəyini deyib.

Görüşdə Rusiyanın ali təhsil müəssisələri ilə birgə elmi jurnalların dərc olunması, yay məktəbinin təşkili, müəllim-tələbə mübadiləsinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra rusiyalı diplomat Rus İqtisad Məktəbinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

UNEC-də RİM-nin yaradılmasını mühüm hadisə adlandıran səfir, fakültənin məzunlarının öz bilik və bacarıqları ilə Rusiya və Azərbaycanın iqtisadi əlaqələrinin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Səfir müəllim və tələbələrin Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri, birgə elmi tədqiqatların aparılması, Xəzəryanı dövlətlərlə beyin mərkəzlərinin yaradılması, o cümlədən Rusiya-Azərbaycan münasibətləri, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Hər iki dövlət arasındakı münasibətlərin qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyinə diqqət çəkən diplomat, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. M.Boçarnikov Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətində təkliflərlərin hazırlanaraq səfirliyə təqdim edilməsini tövsiyə edib.

Səfir UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, müəllim və tələbələrlə görüşlərin mütəmadi olaraq keçirilməsinin rus dilində tədrisin inkşafında faydalı olacağını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib

UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də Startap günləri keçiriləcək

UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı keçiriləcək

KPMG şirkətinin UNEC-də növbəti karyera günü keçirilib

XİN-in mətbuat katibi UNEC-də mühazirə keçib

UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb

UNEC-də yeni qaydalar təsdiqlənib

UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə edilib

UNEC-in gənc müəllimləri and içib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

17 İyul 2019, 14:48 (GMT +4)
Türkiyənin şərqində PKK minasına düşən iki uşaq həyatını itirib 

17 İyul 2019, 14:42 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

17 İyul 2019, 14:33 (GMT +4)
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

17 İyul 2019, 14:22 (GMT +4)
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17 İyul 2019, 14:14 (GMT +4)
Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib 

17 İyul 2019, 14:09 (GMT +4)
AQTA bağçalarda monitorinqlərə başlayıb

17 İyul 2019, 14:07 (GMT +4)
İran, Azərbaycan, Türkiyə və Rusiyanın Tehranda dördtərəfli toplantısı işinə başlayıb (FOTO)

17 İyul 2019, 14:04 (GMT +4)
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12