Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb12 Mart 2019, 12:32 (GMT +4) Bakı, 12 mart, SalamNews. Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
SalamNews Müdafiə Nazirliyinin rəsmi sayıtına istinadən xəbər verir ki, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.
Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və “Şəhadət” filminin nümayişi olub.
|