Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb

12 Mart 2019, 09:00 (GMT +4)

Bakı, 12 mart , SalamNews. Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb.

SalamNews xəbər verir ki,  DTX-nın yaydığı məlumatda bildirilir ki, martın 11-i saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.

"Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – DTX rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.

Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və heyət üzvləri çevik təxliyyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq-mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks anti-terror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilmiş, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, hazırda hava gəmisinin sərnişinləri və heyət üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq Hava Limanı ştat rejimində fəaliyyətini davam etdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX Ağstafanın icra başçısı və müavininin saxlanılması barədə məlumat yayıb (VİDEO)

DTX: Partlayıcı qurğu "mütəxəssisi" və digər terrorçular saxlanılıb

DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

DTX-nın hərbi qulluqçularının, mülki işçilərinin maaşlarının məbləğləri təsdiqlənib

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

DTX rəisinə general-leytenant ali hərbi rütbəsi verilib

DTX-ə yeni rəis təyin edilib

DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib

DTX rəisi Yaşar İsakovu medalla təltif edib (FOTO)

DTX: Respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur

DTX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər

DTX-nin rəisi: Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır

DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

DTX əməkdaşları Bakı trekində veloyürüş keçirib (FOTOLAR)

BSU rektoru DTX-nin medalı ilə təltif olunub

DTX-nin Mədəniyyət Mərəzində “Şanlı Vətən” tamaşası nümayiş edilib

DTX-nin kollektivi ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Prezident İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib (SİYAHI)

DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib (SİYAHI)

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66