Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Oqtay Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

13 Mart 2019, 13:55 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Dağıstan Respublikası Xalq Məclisinin sədri Xəzri Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SalamNews-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. 

Spiker bu cür görüşlərin artıq ənənəvi xarakter aldığını qeyd edib: "Bu, ilk növbədə, Azərbaycanla Rusiya, o cümlədən Dağıstanla mehriban qonşuluq, dostluq və əməkdaşlığın bariz göstəricisidir".

O.Əsədov Dağıstan nümayəndə heyətinin Azərbaycana budəfəki səfərinin parlamentlərarası əlaqələrin inkişafına və tarixən qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə inamını ifadə edib. O, ötən ilin iyununda görkəmli dövlət və siyasi xadim Məhəmməd-Salam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakını xatırlayaraq, burada dağıstanlıların azərbaycanlılara dərin hörmətlə yanaşdıqlarının şahidi olduğunu dilə gətirib.

Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Biz Rusiyanın regionları, o cümlədən Dağıstanla həyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsini önəmli hesab edirik.

Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərir. Bu gün Azərbaycanda Rusiya kapitallı 700 müəssisə fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından yuxarı olub. Sevindirici haldır ki, Azərbaycanla Dağıstan birgə investisiya layihələrini həyata keçirmək üçün kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər.

Qanunverici orqanlar arasında da əlaqələrimiz inkişaf etməkdədir. Bu sahədə Milli Məclislə Rusiya Federal Şurası və Dağıstan Xalq Məclisi arasında imzalanmış sənədlər əhəmiyyətli rol oynamaqdadır. Qardaş Dağıstanın qanunverici orqanı ilə münasibətlərimizin dərinləşməsi xalqlarımızın ümumi məqsədlərinə xidmət edir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Dağıstan Respublikası Xalq Məclisinin sədri Xəzri Şıxsəidov iki xalqın uzun illər dostluq və qardaşlıq şəraitində yaşadıqlarını, bir-birlərinə dərin rəğbət bəslədiklərini dilə gətirib. Qeyd edilib ki, Dağıstan Respublikası Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır.

Rusiya rəhbərliyi ilə Azərbaycanın hökumət və dövlət başçıları arasındakı xoş münasibət Rusiya Federasiyasının regionları, o cümlədən Dağıstanla Cənubi Qafqazın bu bölgəsi arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Biz qanunverici orqanların təmsilçiləri arasında təmasların intensivləşdirilməsini önəmli hesab edirik.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Oqtay Əsədov: Əminəm ki, Əli Əsədov Baş Nazir vəzifəsini layiqincə yerinə yetirəcək

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Oqtay Əsədov İtaliyada görüşlər keçirib

Oqtay Əsədov Gürcüstan prezidenti ilə görüşüb

Oqtay Əsədovun İrana səfər proqramı açıqlanıb

Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb

Oqtay Əsədov Türkiyədə Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək

Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

Ölkə iqtisadiyyatına 17 milyard manata yaxın sərmayə yatırılıb - Oqtay Əsədov

Oqtay Əsədov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Oqtay Əsədov: Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

Oqtay Əsədov: "Azərbaycanla Rusiya iki tərəfli münasibətləri yüksək səviyyədədir"

Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib

Oqtay Əsədov Koreya Milli Assambleyasının üzvü ilə görüşüb

Oqtay Əsədov İrana səfərə dəvət edilib

Oqtay Əsədov: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır

Oqtay Əsədov: Azərbaycan Milli Məclisi Tehranda törədilmiş terror aktlarını qəti şəkildə pisləyir

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66