Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Orsey muzeyini ziyarət edib

13 Mart 2019, 10:59 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın mədəniyyət naziri Frank Riyester Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verildi ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb. Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər - konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. 1986-cı ildə açılışı olan Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası daha çox ziyarətçilərin diqqətini çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif çalarları əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədir

Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

Mehriban Əliyeva yeni salınan parkda yaradılan şəraitlə tanış olub 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin tədbirində iştirak edib

Milli Kitabxanada Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi keçirilib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Bu gün birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva: Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər

Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb 

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb

Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri ilə görüşüb

Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri ilə görüşü olub

15 Noyabr 2019, 12:30 (GMT +4)
"AFB Bank"a yeni sədr təyin edilib

15 Noyabr 2019, 12:20 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub (FOTOLAR)

15 Noyabr 2019, 12:13 (GMT +4)
Rəsmi Moskva Suriya neftinin oğurlanmasına görə ABŞ-dan BMT-yə şikayət edəcək

15 Noyabr 2019, 11:56 (GMT +4)
Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

15 Noyabr 2019, 11:50 (GMT +4)
Putin BRICS ölkələri arasında hesablaşmaları rublla aparmağı təklif edib

15 Noyabr 2019, 11:34 (GMT +4)
Zərdab rayonunda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

15 Noyabr 2019, 11:26 (GMT +4)
Livanda baş nazirlik postuna yiyələnəcək siyasətçinin adı açıqlanıb

15 Noyabr 2019, 11:17 (GMT +4)
Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edib

15 Noyabr 2019, 11:15 (GMT +4)
Ankara Kipr türklərin maraqlarını qorumağa davam edəcək - Ərdoğan

15 Noyabr 2019, 11:03 (GMT +4)
İranda benzinin qiyməti 3 qat artıb

15 Noyabr 2019, 10:55 (GMT +4)
BDU-da ilk dərsin başlamasından 100 il ötür

15 Noyabr 2019, 10:51 (GMT +4)
Rusiya hərbi polisi Suriyada ABŞ-ın aerodromunu ələ keçirib

15 Noyabr 2019, 10:42 (GMT +4)
Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

15 Noyabr 2019, 10:26 (GMT +4)
Bakı məscidlərində Məhəmməd Peyğəmbərin və İmam Sadiqin mövludu qeyd edilib (FOTO)

15 Noyabr 2019, 10:23 (GMT +4)
Türkiyə müttəfiqlərini PYD/YPG-dən uzaq durmağa çağırır

15 Noyabr 2019, 10:22 (GMT +4)
Səhiyyə Nazirliyi binada baş verən yanğında tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb

15 Noyabr 2019, 10:19 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Noyabr 2019, 09:56 (GMT +4)
BDU-da “Ozan sənəti-milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib (FOTOLAR)

15 Noyabr 2019, 09:48 (GMT +4)
Atəşkəs anlaşmasına baxmayaraq İsrail yenidən Qəzzaya aviazərbələr endirib

15 Noyabr 2019, 09:44 (GMT +4)
İndoneziyada zəlzələdən sonra sunami təhlükəsi elan edilib

15 Noyabr 2019, 09:41 (GMT +4)
Bakıda yaşayış binasında yanğın baş verib 

15 Noyabr 2019, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

15 Noyabr 2019, 09:20 (GMT +4)
AB Britaniyaya qarşı istintaqa başlayıb

15 Noyabr 2019, 09:13 (GMT +4)
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15 Noyabr 2019, 09:04 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66