Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

13 Mart 2019, 11:26 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

DGKA-dan SalamNews-a verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlimlər zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqları əldə etdiklərini bildirib. O, yeni, tam fərqli, gömrük orqanlarına olan bəzi stereotipləri, münasibəti dəyişə bilən əməkdaşların yetişdirilməsinin zəruri olduğunu deyib. Dövlət Gömrük Komitəsi tərəfindən aparılan istlahatlardan, görülən işlərdən danışan sədr müavini gömrük xidməti əməkdaşlarının hərtərəfli biliyə, bacarığa, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik olmasının zəruriliyini qeyd edib. İqbal Babayev dinləyicilərə fəaliyyətlərində uğurlar arzulayaraq, dövlətə, xalqa xidməti düzgün həyata keçirməyin vacibliyini vurğulayıb.

Akademiyanın rəisi Qulu Novruzov təlimlərin təşkilində verdiyi dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, bu dəfəki təlimlərdə 37 nəfərin iştirak etdiyini və təlimlərin beş həftə ərzində davam etdiyini deyib. Akademiya rəisi dinləyicilərin Akademiyada dörd həftəlik nəzəri dərslərlə yanaşı, DGK-nın strukturlarında və müxtəlif gömrük xidməti orqanlarında bir həftəlik təcrübə kursu keçdiklərini də qeyd edib. Qulu Novruzov təlimlərin dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.

Sonra dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb. Daha sonra xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.

Qeyd edək ki, bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə Akademiyada keçirilən xidmətə hazırlıq təlimlərində 100-dən çox əməkdaş iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66