Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlər üçün seminar keçirir (FOTOLAR)

13 Mart 2019, 12:40 (GMT +4)

Şəki, 13 mart, SalamNews, K.Orxan. Bu gün Şəki şəhərində Dövlət Gömrük Komitəsi (DGK) jurnalistlər üçün “Gömrük islahatları: Şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlimə start verib.

SalamNews xəbər verir ki, 3 gün davam edəcək təlimdə komitənin rəhbərliyi və müxtəlif idarələrin nümayəndələri iştirak edirlər.

Kütləvi informasiya vasitələrinin əməkdaşları üçün keçiriləcək təlimin əsas mövzuları Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə 305 saylı Qərarı ilə bağlı, gömrük işinin təşkilində risk meyarı, risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı və “Yaşıl Dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması ilə bağlı təqdimatlar olacaq.

Həmçinin qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu, nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklərlə bağlı təqdimatlar olacaq.

Seminarda çıxış edən DGK-nın Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, son zamanlar komitədə xeyli sayda islahatlar həyata keçirilir: "Azərbaycan gömrüyündə şəffaflıq tam bərpa olunub. Komitədə korrupsiya faktları ilə ciddi şəkildə bağlı mübarizə aparılır. Son bir ildə komitənin 30-a yaxın əməkdaşına qarşı korrupsiya əməlinə görə cinayət işi açılıb. Əsas məqsədimiz gömrük mədəniyyətinə nail olunmasıdır. Çalışırıq ki, gömrük əməkdaşları insanlara mədəni xidmətlər göstərsinlər və buna kifayət qədər nail olmuşuq”.

M.Vahabovun sözlərinə görə, gömrük xidməti orqanlarının sahibkarlıq və biznes subyektləri iştirakçılarının “Yaşıl Dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması ilə bağlı bağlı xeyli sayda görüşlər keçirilib. “Biznes subyektləri üçün ölkədə yaradılan şərait ölkədə rəqabətədavamlı məhsulların və Azərbaycan brendi ilə istehsal olunan məhsulların ixrac edilməsinə ciddi təsir edəcək”.

O qeyd edib ki, gömrük orqanlarının gördüyü işləri ictimaiyyətə təqdim etmək üçün media ilə sıx işləməlidir: “Bu gün DGK bütün media qurumları üçün açıqdır. Bu səbəbdən də gömrük sayəsindən yazan jurnalistlərin bu sahəni daha dərindən bilməsi vacibdir və Komitənin Azərbaycan mətbuatına böyük ümidləri var”.

Təlimin sonuncu günüdə qaçaqmalçılıq və gömrük sahəsində hüquqpozmalarla bağlı təqdimat və müzakirələr, gömrük sistemində həyata keçirilən islahatlar və media mövzusuları müzakirə ediləcək. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, seminar zamanı KİV nümayəndələri “Mazımçay” gömrük postunda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanış olacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

DGK-da görüş keçirilib

DGK-nın Akademiyası “Məzun Günü” keçirib

DGK: Siqaret, mobil telefonlar və aksesuarlar aşkar edilib

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

Belarus DGK-nın nümayəndə heyəti ilə görüş keçirilib

DGK: 7 680 ədəd "King" markalı siqaret aşkar edilib

DGK sədri "Mazımçay" gömrük postunda olub (FOTO)

DGK "Qırmızı Körpü" gömrük postunun rəisi ilə bağlı məlumatlara münasibət bildirib

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

DGK yayılan bəzi məlumatlara rəsmi aydınlıq gətirib

23 Avqust 2019, 09:53 (GMT +4)
İranda iki deputat həbs edilib

23 Avqust 2019, 09:46 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizində qazma işlərini davam etdirəcək - Ərdoğan

23 Avqust 2019, 09:37 (GMT +4)
Rəsmi Bakı: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz

23 Avqust 2019, 09:25 (GMT +4)
ABŞ Rusiyanın G8-ə qayıtmasının şərtlərini açıqlayıb

23 Avqust 2019, 09:19 (GMT +4)
İraqda ABŞ Haşd-Şabi qarşıdurması artır - Bir pilotsuz təyyarə hədəfə alınıb

23 Avqust 2019, 09:00 (GMT +4)
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

22 Avqust 2019, 21:17 (GMT +4)
Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub

22 Avqust 2019, 19:12 (GMT +4)
“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12