Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin Ukraynaya aparılması cəhdinin qarşısını alıblar

15 Mart 2019, 14:33 (GMT +4)

Bakı, 15 mart, SalamNews. Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.

Bu barədə SalamNews-a Dövlət Gömrük Komitəsindən bildirilib. 

Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi İran İslam Respublikasının Astara şəhərindəki "Pardis Ceram Pajh CO" şirkətindən Ukrayna Respublikasının Kiyev şəhərindəki "Architectuar Decor" şirkətinə "qarışıq" yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.

Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı, "Jack" ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.

Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib.

Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.

Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub.

Qeyd edək ki, aşkar olunan 56 kq 363 qram metamfetaminin "qara bazar"da dəyəri 9 milyon 500 min manat təşkil edir.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

Qulu Novruzov: “Könüllü gömrükçü” dəstələrinə Akademiyanın 60-dan çox tələbəsi cəlb olunub

Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Gömrük Akademiyasında imtahan sessiyası başlayıb

Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanlarında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb

Gömrük Komitəsi şirkəti cərimələyib

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir (FOTOLAR)

Gənclər Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimlə istifadə edəcəklər

Gömrük Hospitalının travmatoloqu canlı yayımda çıxış edəcək

Gömrükçülər narkotik vasitə aşkarlayıblar 

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib

Gömrük Hospitalında skolioz xəstəliyinin müasir üsulla müalicəsi həaya keçirilir

Baş Gömrük İdarəsinin ərazisində ölüm hadisəsi baş verib

Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

Azərbaycan ilə Rusiyanın gömrük sahəsində əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66