Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş nazir Novruz Məmmədov: Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib

15 Mart 2019, 16:28 (GMT +4)

Bakı, 15 mart, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artıb.

SalamNews xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatını təqdim edərkən bildirib.

Novruz Məmmədov bildirib ki, özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib. Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanılıb və ilin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub.

Diqqətə çatdırılıb ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 yaşayış binasının, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq, sosial mənzillərin satışına başlanılıb. Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün yaşayış kompleksinin inşası tamamlanıb. Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 May 2019, 18:10 (GMT +4)
Aİ-nın nümayəndələri Mingəçevirdə tvininq layihəsinin nəticələri ilə tanış olublar

21 May 2019, 18:03 (GMT +4)
Azərbaycan buğda idxalını 28% artırıb

21 May 2019, 17:58 (GMT +4)
London və Doha Körfəz bölgəsindəki vəziyyəti müzakirə edib

21 May 2019, 17:50 (GMT +4)
“Səngəçal” Elektrik Stansiyasında itirilmiş 62 meqavat güc bərpa edilib

21 May 2019, 17:43 (GMT +4)
“Azərsığorta”nın fəaliyyətinə məhdudiyyət aradan qaldırılıb

21 May 2019, 17:36 (GMT +4)
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

21 May 2019, 17:30 (GMT +4)
Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlanıb (FOTO)

21 May 2019, 17:29 (GMT +4)
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

21 May 2019, 17:26 (GMT +4)
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

21 May 2019, 17:21 (GMT +4)
Zelenski 32 dollar məbləğində cərimə ödəyib

21 May 2019, 17:14 (GMT +4)
Aprelin 14-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

21 May 2019, 17:05 (GMT +4)
Ölkədə 4 ayda 224,8 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

21 May 2019, 17:04 (GMT +4)
Ukraynada Poroşenkoya qarşı cinayət işi açılıb

21 May 2019, 16:53 (GMT +4)
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

21 May 2019, 16:51 (GMT +4)
Avropa İrana görə ABŞ-ın çox ciddi təzyiqi ilə üz-üzədir – Fransa

21 May 2019, 16:45 (GMT +4)
Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

21 May 2019, 16:39 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti “Tarqovı”nın bağlanmasına rəsmi münasibət bildirib

21 May 2019, 16:38 (GMT +4)
Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

21 May 2019, 16:32 (GMT +4)
Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşəcək

21 May 2019, 16:30 (GMT +4)
Misir ordusu ölkənin şimalında 16 silahlını zərərsizləşdirdiyini bildirib

21 May 2019, 16:22 (GMT +4)
Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib

21 May 2019, 16:15 (GMT +4)
Vergi Məcəlləsindəki dəyişikliklər biznes və iş adamları tərəfindən müsbət qarşılanıb

21 May 2019, 16:08 (GMT +4)
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir

21 May 2019, 16:05 (GMT +4)
Kreml  Zelenskinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi istəyini şərh edib

21 May 2019, 16:00 (GMT +4)
Birinci vitse-prezident Bakının Kürdəxanı qəsəbəsində olub

21 May 2019, 15:50 (GMT +4)
Şəkidə Beynəlxalq Keramika Simpoziumun açılış mərasimi keçirilib (FOTOLAR)

21 May 2019, 15:50 (GMT +4)
Azərbaycan Prezidenti: Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir

21 May 2019, 15:44 (GMT +4)
Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

21 May 2019, 15:20 (GMT +4)
ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş olub

21 May 2019, 15:13 (GMT +4)
Səudiyyə turistlərini Türkiyəyə səfərə getməməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66