Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədov: 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə zəngin olub

15 Mart 2019, 15:52 (GMT +4)

Bakı, 15 mart, SalamNews. 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilib. Aprel ayında keçirilən növbəti Prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçib. Bu seçimi ilə Azərbaycan vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirib. Prezident seçkilərindən sonra dövlətimizin başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib.

SalamNews xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatını təqdim edərkən bildirib.

Baş nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb.

“Hesabat dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir”,- deyə Novruz Məmmədov vurğulayıb.

Baş nazir qeyd edib ki, ötən ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan “Cənub Qaz Dəhlizi”nin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdi. Bunun ardınca Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng layihə – TANAP-ın rəsmi açılış mərasimi özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının növbəti nümayişi olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin bilavasitə rəhbərliyi altında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar 2018-ci ilin avqustunda uğurla yekunlaşdı və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb

“Nar” 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

UNICEF: 2018 suriyalı uşaqlar üçün ən qanlı il oldu

Dövlət Neft Fondunun 2018-ci il üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb

Bakıda “Turin prosesi 2018-2020”nin açılış mərasimi keçirilib

“Azercell” 2018-ci ilin nəticələrini açıqlayıb

“AzəriKard” 2018-ci il üzrə fəaliyyət göstəricilərini təqdim edib

2018-ci ildə paytaxtın istehlak bazarında satılmış məhsulların dəyəri artıb

ABAD “Uğur 2018” Milli Mükafatına layiq görülüb (FOTO)

“Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib

2018-ci ildə dünyada təbii fəlakətlər nəticəsində 10 733 insan ölüb

“Qala Sığorta”şirkəti 2018-ci ili uğurla başa vurub

Bakıda “Foto Kadr 2018”in təqdimat mərasimi keçiriləcək

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

İranda 2018-ci ildə 66 min məmur işdən çıxarılıb

Nazir: 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib

"Rabitəbank" 2018-ci ilin nəticələrini açıqlayıb

Azər Türk Bank 2018-ci ili mənfəətlə başa vurub

“AtaSığorta” ASC 2018-ci ilin nəticələrini açıqlayıb

Gömrük Komitəsinə 2018-ci ildə 2,5 milyon elektron müraciət daxil olub

21 May 2019, 18:10 (GMT +4)
Aİ-nın nümayəndələri Mingəçevirdə tvininq layihəsinin nəticələri ilə tanış olublar

21 May 2019, 18:03 (GMT +4)
Azərbaycan buğda idxalını 28% artırıb

21 May 2019, 17:58 (GMT +4)
London və Doha Körfəz bölgəsindəki vəziyyəti müzakirə edib

21 May 2019, 17:50 (GMT +4)
“Səngəçal” Elektrik Stansiyasında itirilmiş 62 meqavat güc bərpa edilib

21 May 2019, 17:43 (GMT +4)
“Azərsığorta”nın fəaliyyətinə məhdudiyyət aradan qaldırılıb

21 May 2019, 17:36 (GMT +4)
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

21 May 2019, 17:30 (GMT +4)
Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlanıb (FOTO)

21 May 2019, 17:29 (GMT +4)
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

21 May 2019, 17:26 (GMT +4)
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

21 May 2019, 17:21 (GMT +4)
Zelenski 32 dollar məbləğində cərimə ödəyib

21 May 2019, 17:14 (GMT +4)
Aprelin 14-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

21 May 2019, 17:05 (GMT +4)
Ölkədə 4 ayda 224,8 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

21 May 2019, 17:04 (GMT +4)
Ukraynada Poroşenkoya qarşı cinayət işi açılıb

21 May 2019, 16:53 (GMT +4)
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

21 May 2019, 16:51 (GMT +4)
Avropa İrana görə ABŞ-ın çox ciddi təzyiqi ilə üz-üzədir – Fransa

21 May 2019, 16:45 (GMT +4)
Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

21 May 2019, 16:39 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti “Tarqovı”nın bağlanmasına rəsmi münasibət bildirib

21 May 2019, 16:38 (GMT +4)
Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

21 May 2019, 16:32 (GMT +4)
Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşəcək

21 May 2019, 16:30 (GMT +4)
Misir ordusu ölkənin şimalında 16 silahlını zərərsizləşdirdiyini bildirib

21 May 2019, 16:22 (GMT +4)
Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib

21 May 2019, 16:15 (GMT +4)
Vergi Məcəlləsindəki dəyişikliklər biznes və iş adamları tərəfindən müsbət qarşılanıb

21 May 2019, 16:08 (GMT +4)
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir

21 May 2019, 16:05 (GMT +4)
Kreml  Zelenskinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi istəyini şərh edib

21 May 2019, 16:00 (GMT +4)
Birinci vitse-prezident Bakının Kürdəxanı qəsəbəsində olub

21 May 2019, 15:50 (GMT +4)
Şəkidə Beynəlxalq Keramika Simpoziumun açılış mərasimi keçirilib (FOTOLAR)

21 May 2019, 15:50 (GMT +4)
Azərbaycan Prezidenti: Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir

21 May 2019, 15:44 (GMT +4)
Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

21 May 2019, 15:20 (GMT +4)
ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş olub

21 May 2019, 15:13 (GMT +4)
Səudiyyə turistlərini Türkiyəyə səfərə getməməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66