Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib

18 Mart 2019, 13:49 (GMT +4)

Bakı, 18 mart, SalamNews. Göygöl rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər şəxsləri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 41 rayondan taxılçılıqla məşğul olan 89 fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir. Arif Seyidov vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir: “Taxılçılıq kənd təsərrüfatının ən aparıcı sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahə də dövlət qayğısı ilə əhatə olunub, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur”.

Nazir Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat verib. Göygöldə keçirilən tədbirin taxılçılığın inkişafına həsr olunan sayca 3-cü müşavirə olduğunu diqqətə çatdıran nazir bildirib ki, taxılçılığın inkişafı ilə bağlı hər ay qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Həmçinin, pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrlə bağlı müvafiq tədbirlər təşkil ediləcək. Dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlərin vahid məqsədi var. Cənab Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır. Məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki qaydalara riayət edilməlidir. Hazırda taxılçılıqla bağlı torpaqların seçilməsi, şumlanması, malalanması, toxum səpilməsi, birinci mərhələdə gübrə verilməsi işləri görülüb. Amma əsas tədbirlər qarşıdadır. Sahələrin suvarılması, qulluq məsələlərində xüsusi diqqətli olmalıyıq. Müvafiq tədbirlər həyata keçirməli, fermerlərin yanında olmalıyıq”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Taxıl əkinlərinin becərilməsi sahəsində görülən işlər və problemlər”, Melorasiya və Su Təsərrüfatı ASC-in sədr müavini Zakir Quliyev “Respublikanın taxıl əkini sahələrinin suvarılmasının təminatı”, “Aqrolizinq” ASC-nin sədr müavini Elmin Rəhmanov “Taxılçılıqda texnika təminatı və biçinə hazırlıq işlərinin təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalçılarına yeni texnologiyaların tətbiqinin məsləhət informasiya xidmətinin təşkili” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Yevlax rayonundan fermer Sənan Məmmədov, Sabirabad rayonundan fermer Bəydabə Vəliyev məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminat, suvarma məsələləri, texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İnam Kərimov Fransanın Yeni Akiten regionunun vitse-prezidenti ilə görüşüb

İnam Kərimov: «Bunun yalnız bir adı var - vəhşilik və barbarlıq»

Nazir İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edib

İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verilib

İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib

İnam Kərimov İzmirdə keçirilən toplantıda iştirak edir

İnam Kərimov: Məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük

İnam Kərimov: 14 rayonda qadın biznes kollektivi yaradılıb

Nazir İnam Kərimov: Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov Fransada səfərdədir

Nazir İnam Kərimov dövlət qulluqçuları ilə görüşüb

Nazir İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib 

Nazir İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək

İnam Kərimov: Yeni zavodlar istifadəyə veriləcək

Nazir İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

İnam Kərimov Salyanda vətəndaşları qəbul edib

İnam Kərimov xurma istehsalı ilə məşğul sahibkarlarla görüşüb

İnam Kərimov Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66