Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

16 Mart 2019, 13:20 (GMT +4)

Bakı, 16 mart, SalamNews. Azərbaycan dindarları Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı müraciət yayıb.

Qafqaz Müsəlmanları İdarəsindən SalamNews-a daxil olan müraciət mətnində deyilir:

"O Bir Olan Yaradanın adı ilə!

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər biz, Azərbaycan dindarlarını hədsiz sarsıtdı. Bu dəhşətli terror hadisəsi ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfa, bütün dünya müsəlmanlarına səbr və dəyanət arzulayırıq.

Müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir.

Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu gün dünyamızın müxtəlif nöqtələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi, dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, İslamofobiya, antisemitizm, din adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə faciəli hadisələr, müqəddəs məkanlarda - məsciddə, kilsədə, sinaqoqda törədilən qeyri-insani aktlar narahat dünyamızda müxtəlif din ardıcıllarının səy və qüvvələrinin birləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Yeni Zelandiyada baş verən dəhşətli terror aktına dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Dünya ictimaiyyətinin haqlı qınağına səbəb olmuş Yeni Zelandiyadakı hadisə bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm və dinlərarası tolerantlıq ideyaları əsas götürülməlidir. Belə faciələrin təkrarlanmaması naminə dünya ictimaiyyəti ksenofobiyanın istənilən təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün dünyada milli, irqi, dini ekstremizmi önləyə biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin - multikultural həyat tərzinin qloballaşan dünyada təşviq edilməsidir. Azərbaycan dövləti məhz bu humanist məramları bəyan edir, təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Azərbaycanın bütün dünyada insan həmrəyliyinə xidmət edən qlobal təşəbbüsləri daha çox dəstək və ardıcıllara malik olarsa, bəşər belə faciələr yaşanmaz.

Biz, Azərbaycanın din xadimləri, bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik.

Uca Rəbbimiz dünyamızı hifz etsin!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

QMİ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

QMİ sədri KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

AQTA və QMİ arasında razılıq əldə olunub

QMİ sədri Dağıstana səfər edib

QMİ sədri İranın mədəniyyət naziri ilə görüşüb

QMİ imsakın vaxtı ilə bağlı bəyanat yayıb

QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verib

QMİ-də Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri ilə görüş olub

QMİ sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ-nin Gürcüstan Nümayədəliyində Xocalı faciəsinin qurbanları anılıb

QMİ-də Fatimeyi-Zəhranın (s.ə) şəhadət gününə həsr olunmuş tədbir keçirilib

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12