DSK: İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub19 Mart 2019, 12:50 (GMT +4) Bakı, 19 mart, SalamNews.Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 532,9 milyon manat, xərcləri isə 2 milyard 954,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, büdcənin icrasında 578,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 5 faizi qədər profisit yaranıb.
|