Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycanda “İlaxır çərşənbə” qeyd olunur

19 Mart 2019, 09:00 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir.

SalamNews-un məlumatına görə, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnanca görə “İlaxır Çərşənbə” yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Sonuncu - ilaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

İndiyədək Su, Od, Yel çərşənbələri arxada qalıb və bu axşam Torpaq çərşənbəsi, həm də bayram axşamı sevinclə keçiriləcək. İnanclara əsasən, təbiət torpağı su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Deməli, NOVRUZ bilavasitə təbiətin oyanışı, gecə-gündüzün bərabərliyi, zəhmətlə, əkinlə, halal ruzu qazanmaqla bağlı həyat təzini özündə əks etdirən bayramdır.

Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir və bu münasibətlə açılan süfrə də fərqlidir. Belə ki, istər süfrədə çərşənbələrdə, istərsə də Novruz axşamında milli yeməklər, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələri bəzəməlidir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram sovqatı yığaraq onu qapıya qoyur, papaq yiyəsi öz sovqatını götürüb gedir.

Azərbaycan müstəqilliyə qovuşandan Novruz bayramı günləri qeyri-iş günü sayılır, paytaxtda və bölgələrdə ümumxalq şənlikləri və müvafiq bayram tədbirləri reallaşdırılır. Bakıda “İçərişəhər” Dövlət Tarix-Memaarlıq Qoruğu İdarəsi tərəfindən hər il dörd gün ardıcıl olaraq rəngarən bədii proqramlar həyata keçirilir, şəhər sakinləri və on minlərlə turistin marağına səbəb olan tədbirlər həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur

Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Tehranda son çərşənbəyə görə minlərlə yanğınsöndürən səfərbər edilib

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda od çərşənbəsidir

Sabah Azərbaycanda Novruzun ilk - Su çərşənbəsidir

Bakıda ilaxır çərşənbə qeyd olunub

Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda od çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk - Su çərşənbəsidir

“ASAN Könüllüləri” torpaq çərşənbəsini Cocuq Mərcanlıda keçirib

Azərbaycanda novruz çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir (FOTOLAR)

Son Novruz çərşənbəsi günü “Muğam televiziya müsabiqəsi” başlayacaq 

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Şahin Əliyev: “Od çərşənbəsi”ndə tonqaldan tullanarkən xəsarət alan 7 uşaq yanıq şöbəsinə müraciət edib

Bu gün Azərbaycanda od çərşənbəsidir

07 İyul 2020, 18:00 (GMT +4)
Azərbaycanın bölgələrində yayılan koronavirusla bağlı statistika açıqlanıb

07 İyul 2020, 17:52 (GMT +4)
Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

07 İyul 2020, 17:51 (GMT +4)
Çində məktəb avtobusunun su anbarına düşməsi nəticəsində 21 nəfər ölüb

07 İyul 2020, 17:48 (GMT +4)
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

07 İyul 2020, 17:40 (GMT +4)
Kürdəmirdə bir nəfər Kür çayında batıb

07 İyul 2020, 17:30 (GMT +4)
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

07 İyul 2020, 17:18 (GMT +4)
ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

07 İyul 2020, 17:15 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

07 İyul 2020, 17:00 (GMT +4)
YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 16:57 (GMT +4)
İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

07 İyul 2020, 16:52 (GMT +4)
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

07 İyul 2020, 16:40 (GMT +4)
Peskov İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib

07 İyul 2020, 16:25 (GMT +4)
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

07 İyul 2020, 16:19 (GMT +4)
Xüsusi qabiliyyət imtahanları ilə bağlı norma­tivlər məlum olub

07 İyul 2020, 16:08 (GMT +4)
ABŞ-da son sutkada təxminən 45 min nəfər COVID-19-a yoluxub

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66