Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

19 Mart 2019, 13:43 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Ötən həftə 11-15 tarixlərində Azərbaycanda ilk dəfə Beynəlxalq kibertəhlükəsizlik həftəsi keçirilib.

SalamNews xəbər verir ki, “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti: Kibertəhlükələr və onların mühafizə üsulları” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil edilib.

Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başladı. Seminarın açılışında iştirakçıları salamlayan Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov qeyd etdi ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır.

“Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - deyə Microsoft şirkətinin Azərbaycan üzrə direktoru Sərxan Həşimov bildirib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində “Microsoft”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən CERT xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin müzakirəsi olub. Tədbirdə ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlıq səviyyəsinin qaldırılması istiqamətlərində görülən işlər haqqında məlumat verilib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. “Microsoft” şirkətini Forumda Mərkəzi və Şərgi Avropa ölkələrinin Proqram Aktivlərinin İdarəetməsi və Uyğunluq üzrə Regional Direktor Laurent Signoret təmsil edib. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.

VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.

"Microsoft" şirkətinin ölkəmizdə rəsmi nümayəndəliyinin dəstəyi ilə kibertəhlükəsizlik üzrə ekspertləri Mərkəzi Banka dəvət edilib və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə "Kibertəhlükəsizlik və müdaxilə sınaqlarının mahiyyəti" adlı tədbir keçirilib. Tədbirdə "İnformasiya təhlükəsizliyi üzrə trendlər", "Kibertəhlükəsizlik zərurəti", "Haker təhdidləri", "Müdaxilə sınaqları üzrə tövsiyələr" mövzularında təqdimatlar edilib, kiberhücum nümunələri nümayiş etdirilib, habelə kibertəhlükəsizliyin gücləndirilməsi üzrə müvafiq tövsiyələr verilib. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kibertəhlükəsizlik tədbirləri barəsində müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda da təlimlər təşkil edilib. Təlim üçün regionlarımıza səyahət edilib və böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilib. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanıb, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"TikTok""Microsoft"un təklifini rədd edib

"Microsoft" Rusiya hakerlərini Tramp və Baydenin qərargahına hücumlarda ittiham edib

Prezident İlham Əliyevlə “Microsoft”un vitse-prezidenti arasında videokonfrans keçirilib

Microsoft-un həmtəsisçisi Bill Geyts şirkətin idarə heyətindən istefa verib

Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66