Azərsu: Bayram günlərində əhali fasiləsiz su təchizatı ilə təmin olunacaq19 Mart 2019, 14:00 (GMT +4) Bakı, 19 mart, SalamNews. Azərbaycanın su operatoru “Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ASC-dən SalamNews-a verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək, 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
“Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək”, - məlumatda belə deyilir.
|