Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

20 Mart 2019, 00:58 (GMT +4)

Bakı, 20 mart, SalamNews. Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 13-ü həzrət İmam Əli ibn Əbu-Talibin (ə) mövlud günüdür.

SalamNews-un verdiyi xəbərə görə, Həzrət Əli (ə) "Fil" ilindən 30 il sonra, miladi təqvimlə təxminən 600-cü ildə dünyanın ən müqəddəs məkanı hesab edilən Kəbədə dünyaya gəlib.

Həzrət İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gəlmiş, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) almış, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onun həyatını xilas etmiş, barəsində çoxsaylı ayələrin nazil olduğu, Əhli-beytin üzvü, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir. 

Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) ilahi vəhy ilk dəfə nazil olan zaman Həzrət Əli (ə) İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

İmam Əli (ə) İslam peyğəmbərindən (s) qısa müddət sonra Məkkədəki təzyiqlər səbəbilə Mədinə şəhərinə köçmüş və burada Peyğəmbərin (s) qızı Həzrət Fatimeyi-Zəhra (ə) ilə ailə həyatı qurmuşdur. Mədinədə Həzrət Məhəmməd (s) peyğəmbərlə keçirdiyi 10 illik müddət ərzində müharibələrdə sərkərdə kimi iştirak etmiş, İslam peyğəmbərinə nazil olmuş ilahi bildiriş və əmrləri çatdırmış və demək olar ki, bütün döyüşlərdə iştirak edərək İslam dinin müdafiəsində və güclənməsində fəal rol oynamışdır.   

İmam Əlinin (ə) Həzrət Fatimədən (ə) 4 övladı olub, bir övladı isə hələ dünyaya gəlməmiş Həzrət Fatimənin (ə) bətnində həyatını itirmişdir. 

Həzrət Əli (ə) İslam peyğəmbərinin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi iştirak etsə də, bəzilərində ona rəhbərlik məsuliyyəti tapşırılmışdır. Ühüd döyüşündə müsəlmanların bəziləri meydanı tərk edərkən Həzrət Məhəmməd (s) peyğəmbəri qorumaqla xüsusi rol ifa etmişdi. Həzrət İslam peyğəmbəri (s) də onun barəsində "Əlidən başqa igid, Zülfüqardan savayı qılınc yoxdur" ifadəsini işlətmişdir.

İmam Əli (ə) miladi 656-cı ildə Xəlifə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. Beş ilə yaxın müsəlmanlara xəlifəlik edən Həzrət Əli (ə) 661-ci ilin Ramazan ayında Kufə məscidində sui-qəsd nəticəsində şəhid edilmişdir.

İmam Əlinin (ə) fəzilətləri barədə həm Qurani-kərimdə çoxlu ayələr nazil olmuş, həm də Həzrət Məhəmməd (s) peyğəmbərdən çoxlu mənbələrdə xeyli sayda hədislər nəql olunmuşdur. Həmçinin məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlər tərəfindən İmam Əli (ə) barədə qələmə alınmış çoxlu əsərlər mövcuddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (ə) izdivac günüdür

Azərbaycanlı möminlər V Beynəlxalq İmam Əli (ə) konfransının mükafatını alıblar (FOTO)

Bu gün İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (ə) izdivac günüdür

İsveçdə İmam Əli (ə) məscidi naməlum şəxslər tərəfindən yandırılıb (VİDEO)

Şəkidə İmam Əli (ə) məscidində Qədir-Xum bayramı qeyd olunub

Həzrət İmam Əli (ə) məzhəblərarası birliyin rəmzidir - səfir

"İmam Əli (ə) İslamın ədalət, vəhdət və inkişaf simvolu" mövzusunda konfrans keçirilib (FOTO)

Gürcüstanda İmam Əli (ə) Xeyriyyə Fondu anım mərasimi keçirib

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12