Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda yeni hərbi hissə istifadəyə verilib (FOTOLAR)

19 Mart 2019, 14:56 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə (DSX) həvalə olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri surətlə davam etdirir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.

DSX-nin mətbuat mərkəzindən SalamNews-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, qızıl gül dəstələri düzüb, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Ulu Öndərə dərin hörmət və ehtiramlarını ifadə edib.

Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandıqlarını, DSX-nin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib. E.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olması xüsusi vurğulanıb, Azərbaycan sərhədçisinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olduğu bildirilib.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunub, 150 metr dərinlikdə artezian quyusu qazılıb.

Həmçinin yerli əhaliyə kömək məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış müğənnilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb

DSX: Azərbaycan sərhədini pozan 6 Nepal vətəndaşı saxlanılıb

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

DSX-nin Xüsusi məktəbinə qəbul başa çatıb

DSX rəisi Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb

DSX ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb

DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu ilə bağlı imtahan keçirilir

DSX-də akademik kursların məzunlarına sertifikatlar verilib

DSX rəisi Ermənistanla sərhədə gedib, döyüş fəaliyyətini yoxlayıb

DSX rəisi Azərbaycan-Ermənistan dövlət sərhədində xidməti-döyüş fəaliyyətini yoxlayıb

DSX: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir

DSX: İrandan Azərbaycana narkotik maddə gətirən şəxs saxlanılıb

DSX: 5 nəfər Şri-Lanka vətəndaşı həbs olunub

DSX Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını alıb

Azərbaycan DSX rəhbəri iranlı həmkarı ilə görüşüb

DSX rəisi Ermənistanla sərhədə gedib

DTX və DSX Yardımlıda birgə əməliyyat keçirib, saxlanılanlar var

Azərbaycan DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12