Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət İmtahan Mərkəzi martın 31-də bir neçə imtahan keçirəcək

28 Mart 2019, 13:03 (GMT +4)

Bakı, 28 mart, SalamNews. Dövlət İmtahan Mərkəzi martın 31-də bir neçə imtahan keçirəcək.

Mərkəzdən SalamNews-a verilən məlumata görə, həmin gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

"İmtahana buraxılış vərəqəsi"ni;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 7353 (Bakıda 2059, Naxçıvanda 403, Gəncədə 1098, Şəkidə 354, Bərdədə 875, Göyçayda 474, Şirvanda 780, Lənkəranda 833, Xaçmazda 477) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 52 imtahan rəhbəri, 621 nəzarətçi-müəllim ayrılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində TOEFL IBT və SAT imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi işçi axtarır

Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edir

Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi Bakı və regionlarda konfranslar təşkil edəcək

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Litvanın Vilnüs şəhərində təlim səfərində olublar

Dövlət İmtahan Mərkəzi: 39 minədək abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi sonuncu sınaq imtahanı keçirir

Dövlət İmtahan Mərkəzi sonuncu sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək

Dövlət İmtahan Mərkəzi işçi axtarır

Dövlət İmtahan Mərkəzində TOEFL və SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi 45 minə yaxın saxta test tapşırıqları kitabı aşkarlayıb

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı ilə bağlı məlumat yayıb

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçirilib

14 Oktyabr 2019, 13:10 (GMT +4)
“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

14 Oktyabr 2019, 13:04 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14 Oktyabr 2019, 13:01 (GMT +4)
Əməyin Mühafizəsi Fondunun nə vaxt fəaliyyətə başlayacağı açıqlanıb

14 Oktyabr 2019, 12:58 (GMT +4)
Sabah Bakıda 26 dərəcə isti gözlənilir

14 Oktyabr 2019, 12:54 (GMT +4)
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib

14 Oktyabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Ərbəin-ə 5 gün qalıb - Mənəvi yürüşə start verilib (VİDEO)

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar

14 Oktyabr 2019, 12:25 (GMT +4)
ABŞ hərbi qüvvələri Suriya silahlı qüvvələrinin Mənbicə irəliləməsinə mane olur

14 Oktyabr 2019, 12:24 (GMT +4)
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

14 Oktyabr 2019, 12:11 (GMT +4)
İran parlamentində Xəzər suyunun ölkənin mərkəzi yaylalarına axıdılması layihəsi etirazla qarşılanıb

14 Oktyabr 2019, 12:07 (GMT +4)
Leyla Məmmədova: Yeni brend yaratmışıq

14 Oktyabr 2019, 11:52 (GMT +4)
Macarıstan millisinin baş məşqçisi: Azərbaycan ilə oyunda bəxtimiz gətirdi

14 Oktyabr 2019, 11:48 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib

14 Oktyabr 2019, 11:38 (GMT +4)
Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

14 Oktyabr 2019, 11:29 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO)

14 Oktyabr 2019, 11:27 (GMT +4)
İran vurulan neft gəmisinin və ona dəyən maddi xəsarətlərin görüntülərini yayımlayıb (FOTO)

14 Oktyabr 2019, 11:22 (GMT +4)
Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb

14 Oktyabr 2019, 11:11 (GMT +4)
Baş prokurorun birinci müavini vətəndaşları qəbul edəcək

14 Oktyabr 2019, 11:04 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu qurbanlarının sayı 44 nəfərə çatıb

14 Oktyabr 2019, 10:55 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda Suriya Ordusu kürdlərin nəzarətindəki bir neçə bölgəyə daxil olub (FOTO)

14 Oktyabr 2019, 10:52 (GMT +4)
Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

14 Oktyabr 2019, 10:31 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

14 Oktyabr 2019, 10:23 (GMT +4)
Tramp Türkiyə sərhədləri yaxınlığında döyüşlərdə iştirak etməməyi müdrik qərar adlandırıb

14 Oktyabr 2019, 10:22 (GMT +4)
Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

14 Oktyabr 2019, 10:19 (GMT +4)
Tunisin yeni prezidentinin kimliyi məlum olub

14 Oktyabr 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

14 Oktyabr 2019, 09:47 (GMT +4)
ABŞ Ayn əl-Ərəbdəki müşahidə postunu təxliyə edib

14 Oktyabr 2019, 09:36 (GMT +4)
İran-Azərbaycan sərhədində insident baş verib

14 Oktyabr 2019, 09:25 (GMT +4)
Rəsmi Dəməşqlə kürdlər razılaşıblar - Suriya Ordusu şimala doğru hərəkətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66