Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

30 Mart 2019, 12:10 (GMT +4)

Bakı, 30 mart, SalamNews.Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.

Nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşüb, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee – AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies – CSIS) “Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə inkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.

Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu, terrorçuluğa qarşı mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri ölkəmizdə aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.

Görüşlərdə tərəflər regionda gedən proseslər barədə də fikir mübadiləsi aparıblar. Azərbaycanlı deputatlar ölkəyə qarşı geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra onun siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.

Görüşlər zamanı parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu sahədə qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.

Martın 29-da ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və regionda baş verən hadisələr barədə məlumat veriblər, ölkədə həyata keçirilən silsilə islahatların təfərrüatları barədə fikirlərini bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət azərbaycanlı deputatların diqqətə çatdırdıqları əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

SalamNews xəbər verir ki,Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müsahibəsində nümayəndə heyətinin ABŞ-a səfərinin çox səmərəli keçdiyini bildirib. Qeyd edib ki, səfər zamanı konqresmenlərlə, senatorlarla və Konqresin rəhbər üzvlərinin peşəkar heyəti ilə Azərbaycanın reallıqları, ölkədə həyata keçirilən islahatlar və ən əsası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətraflı müzakirə olunub. ABŞ qanunvericiləri nümayəndə heyətini çox yüksək səviyyədə qəbul edib, öz dəstəklərini əsirgəməməyə hazır olduqlarını bildiriblər. Konqres üzvləri hazırda Azərbaycanda həyata keçirilən islahatları bəyənirlər və bunun davamlı olmasına tərəfdardırlar.

Səməd Seyidov bu səfərin müsbət əks-səda verəcəyinə, eləcə də ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənəcəyinə, Azərbaycan milli maraqlarının ABŞ-da yüksək səviyyədə əks etdiriləcəyinə əmin olduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

Sergey Lavrov: ABŞ "Şimali Axını-2"ni dayandıra bilməz

İran ölkə vətəndaşlarına ABŞ-a səfər barədə xəbərdarlıq edib

ABŞ Səudiyyə hərbçilərinə təlimlərin keçirilməsini məhdudlaşdırıb

Əfqanıstanda ABŞ qərargahı yaxınlığında partlayış törədilib, azı 50 yaralı var

ABŞ Səudiyyə Ərəbistanının keçmiş konsuluna sanksiya tətbiq edir

İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

Tramp: Kim Çen In ABŞ ilə düşmənçiliyə görə hər şeyi itirə bilər

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

Talibanla ABŞ danışıqlara yenidən start veriblər

ABŞ İraqın Haşd-Şabi qüvvələrinin bəzi rəhbərlərinə sanksiya tətbiq edib

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66