Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

30 Mart 2019, 13:41 (GMT +4)

Bakı, 30 mart, SalamNews. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı açıqlama verib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi. Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunan şöbə müdiri deyib: “Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar”.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vyanada Rusiya ilə ABŞ arasındakı danışıqların təfərrüatları açıqlanıb

Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

Ayan Məmmədli Vyanada daha bir uğura imza atıb

Avropa dövlətləri Vyanada nüvə sazişi ilə bağlı İranla bir araya gələcəklər

Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

İran və 4+1 ölkələri nüvə sazişinin son vəziyyəti ilə bağlı Vyanada bir araya gəliblər

Vyanada güclü partlayış baş verib

Vyanada yük maşını qatarla toqquşub, xəsarət alanlar var

Nikol Paşinyan: Vyanadakı danışıqlar müsbət keçdi,  amma irəliləyiş yoxdur

Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

İlham Əliyev və Nikol Paşinyan Vyanada Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar aparacaq

Vyanada "Beynəlxalq dəmir yolu konqresi 2019” keçirilib

DGK-nin nümayəndə heyəti Vyana və Brüssel şəhərlərində səfərdə olub

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb

Ceyhun Bayramov Vyanada Şərq Tərəfdaşlığı ölkələrinin konfransında iştirak edir

Cavid Qurbanov Vyanada əməkdaşlıq perspektivlərini müzakirə edib

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14 İyul 2020, 17:28 (GMT +4)
İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

14 İyul 2020, 17:17 (GMT +4)
Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

14 İyul 2020, 17:16 (GMT +4)
Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

14 İyul 2020, 17:10 (GMT +4)
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14 İyul 2020, 16:55 (GMT +4)
Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu açıqlayıb

14 İyul 2020, 16:50 (GMT +4)
İranlı deputat: Region xalqları Qarabağı işğalçılarda saxlamayacaq

14 İyul 2020, 16:40 (GMT +4)
Xudatda karantini pozan şəxslərdən narkotik götürülüb

14 İyul 2020, 16:25 (GMT +4)
Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

14 İyul 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib

14 İyul 2020, 16:03 (GMT +4)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanıb (RƏSMİ)

14 İyul 2020, 15:52 (GMT +4)
Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

14 İyul 2020, 15:49 (GMT +4)
Türkiyənin vitse-prezidenti Azərbaycana dəstək ifadə edib

14 İyul 2020, 15:36 (GMT +4)
ABŞ aviadaşıyıcısında baş verən yanğının səbəbi təxribatdır – İsrail rəsmisi

14 İyul 2020, 15:30 (GMT +4)
Rəsmi Bakı: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

14 İyul 2020, 15:24 (GMT +4)
Mayami "yeni Uxan"  adlandırılıb

14 İyul 2020, 15:13 (GMT +4)
Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını BOS-da keçirəcək

14 İyul 2020, 15:00 (GMT +4)
İran parlamentinin idarə heyətinin üzvü: Qarabağ Azərbaycan torpağıdır və gec-tez ona qayıtmalıdır

14 İyul 2020, 14:53 (GMT +4)
MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14 İyul 2020, 14:48 (GMT +4)
Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır

14 İyul 2020, 14:36 (GMT +4)
Kərim Vəliyev: Düşmənin 100-ə qədər canlı qüvvəsi və çoxlu texnikası məhv edilib

14 İyul 2020, 14:18 (GMT +4)
AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

14 İyul 2020, 14:15 (GMT +4)
ABŞ-da hərbi gəmidə yanğın nəticəsində 59 nəfər xəsarət alıb

14 İyul 2020, 13:58 (GMT +4)
İranda ABŞ-a cəsusluqda ittihamlandırılan sabiq Müdafiə Nazirliyi işçisi edam edilib

14 İyul 2020, 13:43 (GMT +4)
Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub (RƏSMİ)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66