Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

DTX-nin Mədəniyyət Mərəzində “Şanlı Vətən” tamaşası nümayiş edilib

30 Mart 2019, 16:50 (GMT +4)

Bakı, 30 mart, SalamNews.Martın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ideya müəllifi Xalq artisti Amaliya Pənahova olan “Şanlı Vətən” tamaşası təqdim edilib.

SalamNews xəbər verir ki, 31 mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı isə Rafiq Abdullayevdir.

Səhnə əsərinin nümayişindən öncə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tarixən ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi qanlı cinayətlər barədə məlumat verib. Bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar və qətliamlar uzun müddət xalqdan gizlədilib, arxivlərin qapısına polad kilidlər vurulub, hətta bu barədə danışmaq belə yasaq edilib. Lakin 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmandan sonra əsl həqiqətlər üzə çıxıb. İlk dəfə olaraq bu Fərmanda azərbaycanlılara qarşı soyqırımı öz rəsmi ifadəsini tapıb. Bu mənada, 1998-ci ildən başlayaraq ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməkdədir. Ermənilərin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin tarixi xidmətləri böyükdür.

Qeyd edilib ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəni abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı işğal altında olan ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində tezliklə düşmən tapdağından azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əmindir.

Sonra tamaşa təqdim olunub.

Musiqi tərtibatı Rəşid Sultanova məxsus səhnə əsərində aktyorlar Tural Əhməd, Ülviyyə Rza, Toğrul Rza, İlqar Musayev, Rafiq İbrahimov, Tofiq Bayramov, Tural Ağayev, İsmayıl Atakişiyev və Hüsniyyə Mürvətova çıxış edib.

Çingiz Ələsgərli tərəfindən epik janrda qələmə alınmış əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən, Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni- daşnaq işğalından azad etməsindən, habelə təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən danışılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX Ağstafanın icra başçısı və müavininin saxlanılması barədə məlumat yayıb (VİDEO)

DTX: Partlayıcı qurğu "mütəxəssisi" və digər terrorçular saxlanılıb

DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

DTX-nın hərbi qulluqçularının, mülki işçilərinin maaşlarının məbləğləri təsdiqlənib

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

DTX rəisinə general-leytenant ali hərbi rütbəsi verilib

DTX-ə yeni rəis təyin edilib

DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib

DTX rəisi Yaşar İsakovu medalla təltif edib (FOTO)

DTX: Respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur

DTX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər

DTX-nin rəisi: Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır

DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

DTX əməkdaşları Bakı trekində veloyürüş keçirib (FOTOLAR)

BSU rektoru DTX-nin medalı ilə təltif olunub

DTX-nin kollektivi ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Prezident İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib (SİYAHI)

DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib (SİYAHI)

DTX Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66