Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib

01 Aprel 2019, 11:18 (GMT +4)

Bakı, 1 aprel, SalamNews. Bakıda Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib.

SalamNews xəbər verir ki, konqresdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Vasili Otkidaç, Asiya Universal Döyüş Federasiyasının prezidenti Zokirbekov Yaşnarbek, Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AUDF-in prezidenti A.Həsənov Konqresin Azərbaycanda təşkil olunmasını əlamətdar hal kimi dəyərləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti respublikamızda universal döyüşün inkişafından və bu sahədə əldə olunan uğurlardan söz açıb.

Qeyd edib ki, Konqresin respublikamıza həvalə olunması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının nəticəsidir.

Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə keçirilən Konqresin seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə İvan Tanyev və Nevzat Varol təyin olunub. Aydın Abdullazadə isə federasiyanın baş katibi seçilib.

Avropa Universal Döyüş Federasiyasının yeni prezidenti N.Əliyev çıxış edərək ona göstərilən etimadı yüksək qiymətləndirib.

“Bu etimad, əlbəttə ki, dövlətimizə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə göstərilən etimaddır. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizdə idman sahəsi daha sürətlə inkişaf edib. Hazırda Azərbaycan dünya idman ailəsinin ən layiqli üzvlərindən biridir. Respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında ən yüksək nailiyyətlər qazanırlar. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan nümayəndələri bu və ya digər beynəlxalq qurumlarda layiqincə təmsil olunurlar. Bu günlərdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti və qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir. O cümlədən, həmyerlimiz Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində çalışır. Bu uğurlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana yüksək səviyyəli etimad göstərilir”, - N.Əliyev əlavə edib.

AUDF-in fəaliyyətindən və nailiyyətlərdən danışan N.Əliyev əsas məqsədin Beynəlxalq Hərbi İdman Şurasına daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etmək olduğunu vurğulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti X.İsayev qonaqları salamlayıb və N.Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. O, Azərbaycanda idmanın inkişafından danışıb və respublikamızda universal döyüşün təbliğinin əhəmiyyətini yüksək qiymətləndirib.

X.İsayev deyib: “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, respublikamızda idman və Olimpiya hərəkatı inkişaf edir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrdən birinə çevrilib. Güc strukturlarında əsas idman növü kimi tətbiq olunan universal döyüşün təbliği və inkişafı yeniyetmə və gənclərin vətənpərvər ruhda böyümələri baxımından çox əhəmiyyətlidir. İnanıram ki, Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının rəhbəri kimi, həm qitə, həm də Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək”.

Konqresdə, həmçinin gündəlikdə olan bir sıra vacib məsələlər müzakirə olunub, universal döyüşün Avropada inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Natiq Əliyevin vəfatının ildönümüdür

"Heydər" məscidində mərhum energetika naziri Natiq Əliyevin qırx mərasimi keçiriləcək

Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib

Rusiyanın energetika naziri: Natiq Əliyev əsl peşəkar idi

Natiq Əliyev II Fəxri xiyabanda dəfn edilib (FOTO)

Natiq Əliyev Türkiyəyə çox ağır vəziyyətdə gətirilmişdi - Türkiyənin səhiyyə naziri

Rusiya hökuməti adından Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verirəm - səfir

Natiq Əliyev ensiklopedik biliyə malik şəxs idi - nazir müavini

Natiq Əliyev yaddaşlarda vətəninə şərəflə xidmət etmiş bir insan kimi qalacaq - Valeh Ələsgərov

Energetika naziri Natiq Əliyevlə vida mərasimi başlayıb (FOTOLAR)

Energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq

Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib

Nazir Natiq Əliyev xüsusi təyyarə ilə Türkiyəyə aparılıb

Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb

Natiq Əliyev: 2020-ci ildə Azərbaycanın qaz hasilatı 44,5 milyard kubmetrə çatacaq

Natiq Əliyev: Azərbaycan qazını Avropaya nəqlini həyata keçirəcək

Natiq Əliyev: Rəsmi Vaşinqtonun “Cənub Qaz Dəhlizi” ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir

Energetika naziri Natiq Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək

Natiq Əliyev: Bakı görüşü əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66