Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

BP Azərbaycan para cüdo üzrə Bakı Qran-Prisinin rəsmi tərəfdaşı olacaq

01 Aprel 2019, 13:52 (GMT +4)

Bakı, 1 aprel, SalamNews. BP Azərbaycan şirkəti bu ilin 13-14 may tarixlərində Bakıda keçiriləcək Para Cüdo idman növü üzrə Beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olacaq. 

SalamNews xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (MPK)BP Azərbaycan şirkətinin rəsmiləri ilə keçirilən görüşdə elan olunub.

Tədbiri giriş sözü ilə açan MPK prezidenti İlqar Rəhimov bildirib ki, ölkəmizdə idmana, xüsusilə də paralimpiya hərəkatına dövlət səviyyəsində böyük dəstək var. Prezident İlham Əliyevin paralimpiyaçılarımıza göstərdiyi qayğı qazanılan uğurlarda öz əksini tapır.
BP Azərbaycan şirkəti artıq uzun müddətdir ki, ölkəmizdə Paralimpiya hərəkatının əsas dəstəkçilərindən biridir. Şirkət Milli Paralimpiya Komitəsinin tədbirlərinin keçirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə, o cümlədən Göygöl rayonunda Uşaq Paralimpiya Festivalının təşkil olunmasına dəstək olub.

MPK prezidenti qeyd edib ki, BP Azərbayan şirkəti ölkəmizdə KorporativSosial Məsuliyyət çərçivəsində sosial layihələrə önəm verən nümunəvi bir təşkilatdır. Şirkət KSM çərçivəsində sosial məsələlərə daim diqqətlə yanaşır.

İlqar Rəhimov bildirib ki, BP Azərbaycan şirkəti May ayında Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olmaqla bağlı niyyətini bəyan edib.
Daha sonra BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edib. O, Azərbaycanda idmana xüsusi qayğı olduğunu qeyd edib. Ölkəmizin bir çox mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirib.
Bəxtiyar Aslanbəyli qeyd edib ki, BP şirkəti 2012-ci ildən etibarən beynəlxalq səviyyədə paralimpiya hərəkatına dəstək göstərir. Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışının rəsmi tərəfdaşı olmaqdan qürur duyduqlarını qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın paralimpiya çempionları İlham Zəkiyev, Oluxan Musayev və OleqPanyutin BP şirkətinin atlet səfirləridir.

“2012-ci ildə BP şirkətinin dəstəyi ilə İlham Zəkiyev ilə bağlı film çəkilmişdi. Həmin filmə qısa zaman ərzində İnternet üzərində 15 milyon baxış olmuşdu. Həmin film Beynəlxalq Kann festivalında mükafata layiq görülüb. Bu gün də Londonun hava limanında Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyevin də əks olunduğu böyük plakat asılıb. Bu da bizim üçün qürur vericimənzərədir” – o qeyd edib.

Daha sonra BP şirkətinin paralimpiyaçılarımız üçün aldığıidman əlil arabaları təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Cari ildə BP Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq

“BP Azərbaycan”ın kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunub

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

BP Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək verir

"BP Azərbaycan” şirkəti ilə YT Park arasında əməkdaşlıq əlaqələri qurulur

Global Energy Solutions şirkəti BP Azərbaycan üçün növbəti layihəyə start verir

Bakıda baş verən yol qəzasında "BP Azərbaycan" şirkətinin 5 əməkdaşı və sürücü xəsarət alıb

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66