Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ali Baş Komandan Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində olub (FOTOLAR)

02 Aprel 2019, 11:15 (GMT +4)

Bakı, 2 aprel, SalamNewsAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

SalamNews xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissəsinin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.

Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan bu uğura hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.

İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Mətin ordumuz 1992-ci ildən erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bu uğurlar isə Azərbaycan Ordusunun qüdrətini göstərir. Çünki ölkəmizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.

Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşdü.

Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə ali baş komandana minnətdarlığını bildirdi.

Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olundu. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan ordusunun hərbi qulluqçularının sosial məsələlərinin həlli, onların xidmətkeçmə və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində də son illərdə dövlətimiz tərəfindən mühüm addımlar atılıb.

Sonda xatirə şəkli çəkdirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında əsasnamə təsdiqlənib

Ali Baş Komandan: Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir

Ali Baş Komandan Beyləqanda “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

Ali Baş Komandan: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən birinci amil bizim hərbi gücümüzdür"

Ali Baş Komandan: "Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək"

Zakir Həsənov: “Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir”

Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Azərbaycan prezidenti NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Ali Baş Komandanın tapşırıqları Azərbaycan Ordusunun rəhbər heyətinə çatdırılıb

Ali Baş Komandan: "Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün nə lazımdırsa, ediləcək"

Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub (FOTOLAR)

İlham Əliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini ilə görüşüb

Ali Baş Komandan İlham Əliyev Tərtərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib

Dağlıq Qarabağ münaqişəsi yalnız Ali Baş Komandanın və Azərbaycan əsgərinin gücü ilə həll oluna bilər - deputat

Güney Azərbaycanda yaşayan soydaşlarımız Ali Baş Komandana müraciət ünvanlayıblar

QHT-lər Ali Baş Komandana və beynəlxalq təşkilatlara müraciət qəbul ediblər

Ali Baş Komandana xaricdə yaşayan soydaşlarımız tərəfindən məktublar ünvanlanır

Bütün tələbələr Ali Baş Komandanın əmrinə hər an hazırdır - ATB sədri

İlham Əliyevin BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini ilə geniş tərkibdə görüşü olub

26 Avqust 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

26 Avqust 2019, 09:43 (GMT +4)
Merkel Rusiyanın G8-də iştirakına dair danışıqların başlamasının şərtlərini açıqlayıb 

26 Avqust 2019, 09:41 (GMT +4)
Hizbullah liderinin xəbərdarlığından sonra Qəzzadan İsrailə 10-dan çox raket atılıb (VİDEO)

26 Avqust 2019, 09:15 (GMT +4)
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd edib

26 Avqust 2019, 09:00 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

26 Avqust 2019, 08:57 (GMT +4)
Hizbullah lideri Beyruta hücuma görə İsrailə ciddi xəbərdarlıq edib (VİDEO)

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12