Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

03 Aprel 2019, 11:06 (GMT +4)

Bakı, 3 aprel, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Bu barədə SalamNews-a KİVDF-dən məlumat verilib.

Müsabiqənin mövzusu “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar”dır. Əsas məqsəd Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhəsi təklif edilmiş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir, eyni zamanda, saytlarda yerləşdirilməlidir. Dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Yazıların qəbulu aprelin 3-də başlayır və mayın 1-də başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) qalibin mükafatlandırılması nəzərdə tutulub. Beş yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.

Qaliblər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 332 nəfər işə qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası növbəti iclasını keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə hazırlaşır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən isə ötən dövrdə 22,3 milyon dəfədən çox istifadə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Dünya Bankının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Avstriyada işgüzar səfərdədir

04 İyun 2020, 22:20 (GMT +4)
"ASAN Xidmət" mərkəzlərində smart apteklər fəaliyyət göstərəcək

04 İyun 2020, 21:45 (GMT +4)
Prezident: Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik

04 İyun 2020, 19:21 (GMT +4)
Milli Olimpiya Komitəsi yazı müsabiqəsi elan edib

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66