Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Elektron dərslik portalına giriş sayı açıqlanıb

04 Aprel 2019, 17:03 (GMT +4)

Bakı, 4 aprel, SalamNews. Cari ilin ilk üç ayında Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı 621 661, səhifələrə ümumi baxış sayı isə 4 766 982 təşkil edib.

Təhsil Nazirliyindən SalamNews-a bildirilib ki,bu, ötən ilin göstəricilərindən 2 dəfə artıqdır. Belə ki, ötən ilin ilk üç ayında portala giriş sayı 333 957, səhifələrə ümumi baxış sayı isə 2 337 206 olub.

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib.

Portala həmçinin 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib.

Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib.

Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb.

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyinin elektron dərslik portalı mükafata layiq görülüb

22 May 2019, 18:08 (GMT +4)
“Bakı Metropoliteni” QSC Rusiyadan 10 vaqon gətirəcək

22 May 2019, 17:50 (GMT +4)
İraq məhv edilmiş reaktora görə İsraildən təzminat tələb etməyi planlaşdırır

22 May 2019, 17:45 (GMT +4)
Naxçıvanda iftar süfrəsi açılıb

22 May 2019, 17:38 (GMT +4)
Qubada soyğunçuluq edən şəxs saxlanılıb

22 May 2019, 17:26 (GMT +4)
Aİ Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıdır - Berluskoni

22 May 2019, 17:19 (GMT +4)
Apreldə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

22 May 2019, 17:12 (GMT +4)
Prezident İlham Əliyev Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak edib

22 May 2019, 17:02 (GMT +4)
Matvienko: Türkiyə S-400 almaqdan imtina etməyəcək

22 May 2019, 16:59 (GMT +4)
Yanvar-aprel aylarında 77,1 milyon nəfər metrodan istifadə edib

22 May 2019, 16:55 (GMT +4)
Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb

22 May 2019, 16:37 (GMT +4)
KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

22 May 2019, 16:30 (GMT +4)
“Azercell”in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub

22 May 2019, 16:22 (GMT +4)
İtaliyada rus turistləri daşıyan avtobus qəzaya uğrayıb

22 May 2019, 16:11 (GMT +4)
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir (FOTO)

22 May 2019, 16:03 (GMT +4)
Azərbaycana 8 baş bizon gətirilib

22 May 2019, 15:56 (GMT +4)
Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək

22 May 2019, 15:43 (GMT +4)
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb

22 May 2019, 15:38 (GMT +4)
Husilər Səudiyyə koalisiyasından götürülən qənimətləri nümayiş etdiriblər (VİDEO)

22 May 2019, 15:36 (GMT +4)
Bişkekdə KTMT xarici işlər nazirlərinin toplantısı keçirilir

22 May 2019, 15:32 (GMT +4)
Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

22 May 2019, 15:24 (GMT +4)
Zelenski  "Kvartal 95" studiyasının qurucusunu Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbər müavini təyin edib 

22 May 2019, 15:13 (GMT +4)
Suriya Ordusu şimaldakı qruplaşmaların hücumuna Türkiyənin başçılıq etdiyini bildirib

22 May 2019, 14:59 (GMT +4)
Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

22 May 2019, 14:50 (GMT +4)
"AFB Bank" yeni innovativ məhsulunu təqdim edib

22 May 2019, 14:42 (GMT +4)
Birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

22 May 2019, 14:23 (GMT +4)
Kreml ABŞ-ın S-400-ün alışı ilə əlaqədar ultimatumunu yolverilməz hesab edir 

22 May 2019, 14:14 (GMT +4)
Qaxda ev heyvanları arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

22 May 2019, 14:04 (GMT +4)
Bu il ölkəyə 11,7 minədək avtomobil idxal olunub

22 May 2019, 13:41 (GMT +4)
Suriya Ordusu qruplaşmaların olduğu bölgədə külli miqdarda silah aşkarlayıb (VİDEO)

22 May 2019, 13:36 (GMT +4)
Dörd ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66