İqtisadiyyat Nazirliyi müsabiqə elan edib04 Aprel 2019, 11:20 (GMT +4) Bakı, 4 aprel, SalamNews. İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir.
Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, müsabiqəyə təqdim ediləcək materiallar "Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda olmalıdır. Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.
Məqalələr aprelin 30-dək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə elmar.haciyev@economy.gov.az ünvanına təqdim edilməlidir.
Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən mayın 10-dək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1029-cu otaq, tel: 012 310-28-00 (daxili 21-84) əlaqələndirici şəxs Elmar Hacıyev).
|